Azərbaycan əsilli Rusiyalı iş adamı, milyorder Fərhad Teymur oğlu Əhmədov Bakıda dəyəri milyonlarla ölçülən villa inşa etdirir. ONN media xəbər verir ki, Bilgəh-Nardaran yolunun üzərində yerləşən dəbdəbəli tikilinin inşaasında böyük memarlar komandası iştirak edir. Təxminən 200 milyon dollar civarında xərc qoyulan tikili özündə Şərq və Qərb memarlıq üslublarını birləşdirir. Məlumata görə, Fərhad Əhmədov bu tikilinin tarixdə qalması üçün bütün imkanlarını səfərbər edib. Dünyanın 7 möcüzəsinin kompazisiyaları əsasında inşa edilən nəhəng binanın yaxın zamanlarda istifadəyə veriləcəyi gözlənilir. Xatırladaq ki, Fərhad Əhmədov15 sentyabr 1955-ci ildə Göyçay rayonunda anadan olub. 15 yaşında Moskvaya gələrək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirən həmyerlimiz sonradan təhsilini davam etdirərək Ali İqtisadiyyat Məktəbini bitirib. 1987-ci ildə "Tansley Trading" şirkəti yaradaraq neft-qaz sahəsində işə başlayıb. Fərhad Əhmədov 1989-cu ildə Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun ideoloqu kimi çıxış edərək, bu layihəyə "Amoso Eurasia" və "McDermott" kimi nəhəng şirkətləri cəlb edir. 1993-cü ildə "Transley Tradinq"in adı dəyişdirilərək "Farko Qrup" olur. Elə həmin ildən etibarən F.Əhmədov "Nortqaz" şirkətinin Direktorlar şurasının üzvü olur. 1999-2004-cü illər arasında isə şirkətin prezidenti qismində layihəyə bilavasitə rəhbərlik etməyə başlayıb. 2004-cü ilin 9 dekabrında Krasnodar vilayətindən Rusiyanın Federasiya Şurasının üzvü seçildikdən sonra "Nortqaz"ın prezidenti vəzifəsindən könüllü istefa verib. F. Əhmədov Rusiya parlamentinin milyardçı deputatları arasında 1,4 milyard dollar gəlirlə 7-ci yerdə qərarlaşıb. Ailəlidir, üç uşağı var.axar.az
Bakıda 200 milyonluq villa tikdirən kimdir?



Prezidentdən Fərhad Əhmədovla bağlı SƏRƏNCAM
Azərbaycanlı milyarderə ağır itki
Ramiz Mehdiyev villasını fantastik qiymətə satışa çıxardı
Xalq rəssamı Mirnadir Zeynalov vəfat edib
DTX bu məsələ ilə bağlı araşdırma başlatdı
4 azərbaycanlı Rusiyanın 88 ən varlı adamlar siyahısında
Fərhad Quliyev İdarə rəisi təyin olundu
Gözlər KM- də- Mühüm qərar gözlənilir
AB Fərhad Əhmədovu sanksiya siyahısından çıxardı
Ramiz Mehdiyev mülklərini satışa çıxardı
Mərkəzi Bank azərbaycanlı milyarderi məhkəməyə verdi
Dünya çempionumuz Fərhad Poladovun düşdüyü qəzadan yeni görüntü - VİDEO
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 