Azərbaycanın Xalq rəssamı Mirnadir Zeynalov vəfat edib. Bu barədə Azərbaycan Rəssamlar İttifaqının (ARİ) sədri, Xalq rəssamı Fərhad Xəlilov məlumat verib. O, M.Zeynalovun uzun müddət xəstə olduğunu, bu gün səhər vəfat etdiyini bildirib. M.Zeynalov 12 noyabr 1942-ci ildə Buzovna kəndində doğulub. 1963-сü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib. ARİ və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvü olub. M.Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlayıb. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənib. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutub. Rəssam öz karyerasının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlayıb. Realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretləri və naturadan işlər çəkib. O, 1987-ci ildə Hindistanda yaradıcılıq ezamiyyətində olarkən "Çay kənarı", "Hind məbədi", "Hind həyəti" kimi peyzajları, həmçinin, "Benqal qızı", "Vasantanın portreti", "Müqəddəs öküz ilə qız" kimi bir sıra qadın portretlərini yaradıb. M.Zeynalovun dəfələrlə fərdi sərgiləri keçirilib. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə sərgilənib, 2013-cü ildə Londondakı "Sothbeys" auksionunda dəyər qazanıb. Onun dəyərli əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılır. Allah rəhmət eləsin.
Xalq rəssamı Mirnadir Zeynalov vəfat edib



Azərbaycanın xalq rəssamı vəfat edib
Azərbaycanın əməkdar rəssamı vəfat etdi
Bu gün Səttar Bəhlulzadənin vəfat etdiyi gündür
Məşhur azərbaycanlı rəssam koronavirusdan vəfat etdi
14 oktyabr Səttar Bəhlulzadənin vəfat etdiyi gündür
Tahir Salahov harada dəfn ediləcək? - AÇIQLAMA
Azərbaycan mədəniyyətinə ağır itki
Fazil Nəcəfov vəfat etdi
Hacı Zeynalabdin Tağıyevin heykəli belə olacaq - FOTO
5 noyabr Eldəniz Zeynalovun vəfat etdiyi gündür
Mədəniyyət Nazirliyi Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yaydı
Azərbaycanın məşhur rəssamı vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 