İcra başçısı İlham İsmayılovun marketdə bazarlıq etdikdən sonra növbədə dayanarkən çəkilən fotosunu yəqin ki, şəhər sakinlərindən kimsə çəkib. Çünki İlham müəllimi marketdə, bazarda, şəhərdə tez-tez görmək mümkündür. Mingəçevirin icra başçısı məmur kimi yox, sadə vətəndaş kimi həyat sürür.
ONN media xəbər verir ki, bu sözləri Mingəçevir şəhər icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova bildirib.
Başçının müavini qeyd edib ki, bu, icra başçısı üçün adi haldır:
“Bu foto mediada o qədər maraqla qarşılanıb ki, bizə də təəccüblü gəldi. İlham müəllimi marketdə, şəhərdə, keçədə tez-tez görmək mümkündür. Evinin alış-verişini daim özü edir. İstənilən şəhər sakini küçədə rahatlıqla icra başçısına yaxınlaşa bilər. Mingəçevirdə bu gün olduqca fərqli mühit var”.
M.Cavadova bildirib ki, icra başçısı sakinlərlə görüş üçün tez-tez şəhər gəzintisinə çıxır:
“İşə piyada da gəlir. Şəhərə gəzintiyə çıxır, rahatlıqla hər kəs ona yaxınlaşıb dərdini bölüşür. İlham müəllim şəhər adamıdır, o, sakinlərin arasında olmağı xoşlayan biridir. Ona görə belə şəkillərin çəkilməsi adi haldır”.
Xatırladaq ki, sosial şəbəkələrdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun supermarketdə alış-veriş edib növbədə dayanması fotosu maraqla qarşılanıb.




Gəncə icra başçısına iki yeni müavin təyin edildi
İlham Əliyevdən yeni təyinat
İcra başçısının müavini və şöbə müdiri işdən çıxarıldı
İcra başçısı müavinini vəzifədən uzaqlaşdırdı
Həbs olunan başçını kim əvəz edir? – Açıqlama
Bu icra başçısına yeni müavin təyin olundu
Yeni icra başçısının köhnə müavinləri vəzifədən AZAD EDİLDİ
Azərbaycanda icra başçısının müavini işdən AZAD EDİLDİ
Prezident iki icra başçısını işdən çıxardı - Yeni təyinat
İcra başçısı müavinini işdən çıxardı
İlham Əliyev deputatı icra başçısı təyin etdi - 3 sərəncam
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 