Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək üçün Bişkekə gəlib. ONN media xəbər verir ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Baş Nazirinin birinci müavini, komissiyanın ölkəmiz tərəfdən həmsədri Yaqub Eyyubovu qəbul edib. Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət başçısı deyib ki, Qırğızıstan Azərbaycanla qarşılıqlı inama və hörmətə əsaslanan dostluq əlaqələrinin və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Prezident vurğulayıb ki, ikitərəfli münasibətlərin gələcək inkişafında əsas amillərdən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir. Sooronbay Jeenbekov ölkələr arasında energetika, nəqliyyat, dağ-mədən sənayesi, turizm sahələrində birgə layihələrin həyata keçirilməsinin mühüm amillərdən olduğunu vurğulayıb. Yaqub Eyyubov Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək Zirvə Görüşündə Sooronbay Jeenbekovu görməkdən məmnun olacağını söyləyib. O, komissiyanın üçüncü iclasının Bişkekdə keçirilməsinə görə Qırğızıstan tərəfinə minnətdarlıq edərək xatırladıb ki, ikinci iclas beş il bundan əvvəl Bakıda keçirilib. Baş Nazirin birinci müavini qeyd edib ki, iki dövlət arasında qardaşlıq münasibətləri ikitərəfli ticari-iqtisadi əlaqələrin əsasını təşkil edir. Görüşdə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov da iştirak edib.
Qırğızıstan Prezidenti Yaqub Eyyubovla görüşdü



Qırğızıstanın yeni Baş Naziri o oldu - FOTO
Qırğızıstan prezidenti Azərbaycana gələcək
Prezidentdən Pərviz Şahbazovla bağlı yeni QƏRAR
Prezident Qətərin Xarici İşlər nazirini qəbul etdi
Qırğızıstan prezidenti Çindən vaxt istədi
Qırğızıstan prezidenti istefa verdi - SON DƏQİQƏ
İlham Əliyev Numan Kurtulmuşun rəhbərlik etdiyi heyəti qəbul etdi
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Qırğızıstan prezidenti istefa verəcək - BU ŞƏRTLƏ...
Azərbaycan və Qırğızıstan Müdafiə Nazirləri görüşdü
Qırğızıstan prezidenti Ağdama gedəcək
Qırğızıstanda yeni prezident seçkiləri nə vaxt keçiriləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 