Beyləqan rayonunda 18 yaşlı qız küçədə huşsuz vəziyyətdə tapılıb. ONN media xəbər verir ki, gənc qız rayonun Kəbirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb. Gənc qızın kənd sakini olmadığı və naməlum şəxslər tərəfindən döyülərək əraziyə atıldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Gənc qız ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. *** Ötən gecə Beyləqan rayonunda 18 yaşlı qızın vəhşicəsinə döyülərək yol kənarına atılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Bu gün Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölən Quliyeva Aygün Mehman qızı xəstəxanaya gətirilərkən koma vəziyyətində olduğundan onun hansı şəraitdə və kim tərəfindən döyüldüyü hələlik məlum olmayıb. Bildirilir ki, ailədə 6 uşaqdan (3 qız və 3 oğlan) biri olan Aygün dünən axşam saatlarında Yuxarı Aran kəndindəki evlərindən çıxıb. Gecə saatlarında isə Beyləqan-Kəbirli yolunun kənarında onu ölümcül halda aşkarlayıblar və hadisə yerinə gələn polis əməkdaşlarının köməkliyi ilə qız xəstəxanaya çatdırılıb. Məlumata görə, döyülərək öldürülən Aygün Quliyeva subay olub. Onun ötən gecə kiminlə görüşməsi, harda və hansı şəraitdə döyülməsi hələlik məlum deyil. Kənd sakinləri qızın ailəsinin sakit həyat tərzi sürdüyünü və kiminləsə düşmənçilik etmədiyini deyiblər. Araşdırmalar davam etdirilir.
Dəhşət: döyülərək küçəyə atılan 18 yaşlı qız öldü - Təfərrüat



Azərbaycanda "İnfiniti" aşdı - Ölən və yaralanan var
Bakıda gənc oğlan döyülərək küçəyə atıldı
Yol kənarında 18 yaşlı qızın meyiti tapıldı - ÖLÜM SƏBƏBİ...
Xəstəxanada 6 yaşlı uşaq öldü - Azərbaycanda
Daha bir nəfər qızılcadan həyatını itirdi
Heydər Əliyev prospektində dəhşətli hadisə - 10 yaşlı qız öldü
Cəlilabadda faciəvi hadisə - ÖLƏN VAR
Azərbaycanda 26 yaşlı oğlan FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
4 yaşlı uşaq dərmandan zəhərləndi - Xəstəxanada öldü
Saatlıda AĞIR QƏZA: 4 nəfər...
Azərbaycanda dəhşətli hadisə - 4 YAŞLI QIZ ÖLDÜ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 