Ölkəni birdəfəlik tərk etmirəm, Vətənə gəlib-gedəcəyəm. ONN media xəbər verir ki, bu sözləri açıqlamasında müğənni Elton Hüseynəliyev Türkiyəyə köçməsi ilə bağlı danışarkən deyib. O, Türkiyədə təhsil alacağını da vurğulayıb: “Elə şeylər var ki, musiqiçi olaraq bunlara dözə bilmirəm. Ölkəni tərk etmirəm, sadəcə olaraq, İstanbula köçürəm, orada yaşayacağam. İşlərim burdadır, Azərbaycana gəlib, efirə çıxacağam. İstanbulda həm də təhsil almağa gedirəm, konservatoriyada oxuyacağam. Çünki Türkiyə orkestrindən və İtaliya operasından iş təklifi almışam. Bununla bağlı danışığa gedirəm. Əgər razılığa gəlsəm, bir müddət orada işləməli olacağam”. Müğənni sosial şəbəkədə “Gedirəm, didin bir-birinizi pul üçün. Nə qədər şərəfsiz var imiş” sözlərini niyə yazması haqda da danışıb: “Azərbaycan çox möhtəşəm bir dövlətdir. Sadəcə olaraq, bəzi insanlar hər yerdə işləməməlidirlər. Mən də buna öz etirazımı bildirdim, çünki bəzi səbəblər var. Sözümü demişəm, peşman da deyiləm. Bəzi adamlar var ki, dostluqlardan istifadə edirlər. Onların da zamanı var. Biz Vətənimizin oğluyuq, gördüyümüz bəzi qüsurları deməliyik. Müəyyən şeylər bilinməlidir. Sən sus, mən susum - heç kim dinməsə, necə olacaq? Tutaq ki, 500 manat maaş verilən bir yerdə pulu kəsərək, 300 manat verirlər. Bu, düzgün deyil. Təhsilini qırmızı diplomla bitirən insan baş verənləri görəndə özündən çıxır. Bu gün Elton Hüseynəliyevi dövlət Elton edib. Həyatda bir amalım var - insanlara qarşı düz olmaq. Gərək heç kim başqasına yuxarıdan-aşağı baxmasın. Vəzifə bu gün var, sabah yoxdur. İnsan gərək həmişə öz hörmətini saxlasın”. Qeyd edək ki, bundan əvvəl E.Hüseynəliyev Türkiyəyə köçəcəyini və dönmək fikri olmadığını yazmışdı.
Elton ölkədən niyə gedir?



Fədayə Azərbaycana burxaılmaması ilə bağlı iddialara cavab verdi
Tanınmış müğənniyə ağır itki
Roza Zərgərli: “Toya başdan-ayağa 4 minə gedirəm” – VİDEO
“Afaq belə ərə getməkdənsə..."- Əli Mirəliyev
Elton Məmmədova yüksək vəzifə verildi
Elçin Əlibəyli ölkəni TƏRK EDİR
"Çörəyin qiyməti təkcə Azərbaycanda qalxmayıb, az yesinlər"- Bayramovdan MARAQLI MÜSAHİBƏ
Nadir Bayramlıdan inanılmaz açıqlama- Maşınımı satdım çünki...
Ermənistan UÇURUMA DOĞRU: Bu il on minlərlə insan...
Manaf Ağayev toy qiymətini açıqladı
Şuşada Türkiyə konsulluğu nə vaxt açılacaq?
Rasim Balayev müalicə üçün Türkiyəyə gedir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 