Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını və Ərəb Dövlətlər Liqasını tənqid edib. Türkiyə Prezidenti Bakıda keçirilən Dünya Türk İş Şurasının iclasında çıxışı zamanı bildirib ki, türk dünyası terror təhdidlərinə daha çox məruz qalıb: “Vətəndaşlarımız İŞİD-dən FETÖ-yə, PKK-dan “əl-Qaidə”yə qədər dünyanın ən alçaq terror təşkilatlarının qurbanı olub”. Onun sözlərinə görə, Suriyanın şimalını PKK-nın qolu olan PYD/YPG və İŞİD terror təşkilatlarından təmizləmək və öz həqiqi sahiblərinə qaytarmaq başlıca vəzifədir: “Atdığımız addımdan vaz keçməyəcəyik, nə deyirsiniz deyin. Yeganə məqsədimiz bölgəni PYD/YPG və İŞİD-dən təmizləməkdir”. Ərdoğan Tel Abyadda YPG terror təşkilatının İŞİD-çiləri azad etdiyi həbsxanadan terrorçubaşı Abdullah Öcalanın fotosunun tapıldığını da bildirib. Türkiyə Prezidenti baş verənlərlə bağlı Ərəb Dövlətləri Liqasını tənqid edib: “Ərəb Dövlətləri Liqası Suriyanı təşkilatdan çıxartmışdı. İndi isə məlum hərbi əməliyyatlar başlayandan sonra Suriyanı yenidən Ərəb Dövlətləri Liqasına üzv etmək istəyirlər”. Türkiyənin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında hərbi əməliyyatları davam etdirdiyini xatırladan Ərdoğan deyib ki, Avropa İttifaqı verdiyi vədlərə əməl etməyib: “Suriyalı qaçqınlara görə, Avropa İttifaqı 6 milyard məbləğində dəstək verməli idi. İndiyə kimi cəmi 3 milyard avro miqdarında vəsait verilib. Lakin biz 40 milyard dollar məbləğində vəsait xərcləmişik. Lazım gəlsə, yenə xərcləyəcəyik. Bu günə kimi verdikləri sözlərin heç birini yerinə yetirmədilər. Türkiyə səbrinin sonuna gəlib. Fədakarlığımızın qiymətini bilmədilər. Biz başladığımız işi mütləq bitirəcəyik. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi “Bir kərə yüksələn bayraq, bir daha enməz!” (Eurasia Diary). https://www.youtube.com/watch?v=jdw1xUuXhWg
Ərdoğan Bakıda Rəsulzadənin məşhur sözünü xatırlatdı



Ərdoğandan terror açıqlaması : Günahsız insanların ölümü...
Ərdoğan: İŞİD Suriyada məğlubiyyətə uğradı
Ərdoğandan DƏHŞƏTLİ ANONS- Hücum başlayır
İŞİD-lə Taliban fərqli təşkilatdır - Ərdoğan
Ərdoğan əməliyyat qərargahında
Ərdoğan Bakıya gəlir: Bu görüş tarixə düşəcək!
Toyda 57 nəfər öldürüldü – Cəzaları BƏLLİ OLDU
Baş nazir: İŞİD məğlub oldu
Türkiyə kəşfiyyatı İŞİD liderini məhv etdi - Ərdoğan
SON DƏQİQƏ: Ərdoğan elan etdi, Türkiyə rəsmən MÜHARİBƏYƏ BAŞLADI
ABŞ- la qarşı- qarşıya gəlmək istəmirik çünki...
Ərdoğan görüşdən imtina edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 