Müxalifət yenə də məsafənin uzaqlığını bəhanə edərək, Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi məkanda mitinq keçirməyəcəyini bildirdi. Əvəzində tərəfdarlarını şəhərin mərkəzində, gediş-gəlişin, xarici turistlərin ən gur olduğu ərazidə toplaşmağa çağırdı. Müxalif liderlər qeyri-qanuni olan bu hərəkətlərini qanuniləşdirməyə, buna konstitusion don geyindirməyə çalışırlar. Bildirirlər ki, Konstitusiyanın müvafiq maddəsinə əsasən, onların “başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı” var. Bəli, doğrudur, Əsas Qanun hər bir Azərbaycan vətəndaşına bu kimi hüquqlar verir. Bununla yanaşı, qanunda birmənalı şəkildə bildirilir ki, vətəndaş bu hüququnu həyata keçirərkən müvafiq dövlət orqanını qabaqcadan xəbərdar etməli, ictimai qaydanı pozmamalı, aksiyanı dinc keçirməlidir. Amma müxalifət 8 oktyabrdakı icazəli piketi qanunauyğun keçirə bilmədi, ictimai qayda ciddi şəkildə pozuldu, aksiya idarəolunmaz hala gəldi... Məsələnin digər bir ilginc məqamı da ondan ibarətdir ki, regionda ciddi siyasi proseslər gedir. Bakıdan dünyaya “Türk Dünyası birləşir və güclənir” mesajı göndərilir. Baş verənləri dərindən analiz etdikdə çoxsaylı suallar ortaya çıxır. Belə həssas məqamda Əli Kərimlinin məhz qarşıdurmaya hesablanmış icazəsiz mitinq çağırışı hansı xarici güclərə lazımdır? Sizə nəticəsi əvvəlcədən bəlli olan, qısamüddətli gərginlik yarada biləcək küçə aksiyası sifarişini kimlər verib? Türk Şurasının zirvə toplantısının eyforiyasından hələ qurtulmamış bir cəmiyyətin diqqətini bu cür qlobal hadisədən niyə yayındırmağa çalışırsınız? İslahatlar yolu ilə sosial problemlərin həlli istiqamətində ciddi addımlar atıldığı bir vaxtda, niyə iqtidar-müxalifət qarşıdurmasının güclənməsi görüntüsü yaratmağa cəhd edirsiniz? Bir sözlə, suallar çoxdur və bunlara veriləcək məntiqi cavabların heç biri sizin xeyrinizə deyil. Müxalifətin bir qisminin özünə lider hesab etdiyi Əbülfəz Elçibəyin də əsas istəklərindən biri türkdilli xalqlar arasında birliyə nail olunması idi.Siz bu sahədə bir nəticə əldə edə bilmədiniz, əksinə, iqtidar Türk Birliyinin yaranmasında ciddi nailiyyətlər ortaya qoydu. Prezident İlham Əliyevin bu haqda dediyini xatırlatmaq yerinə düşər:”Birgə işimizlə biz Türk Dünyasının birliyini daha da gücləndirdik”. Odur ki, bu dönəmdə iqtidarla yanaşı, sizlər də ölkəmizdə baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün nəticələrinə sevinməli və diqqətinizi həmin istiqamətə yönəltməli idiniz. Əksinə, nə xaricdə fəaliyyət göstərən müxalif internet kanalları, nə də yerli resurslarınız belə bir nailiyyətin təbliğinə yer ayırmadı. Adama elə gəlir ki, ermənilər qədər sizlər də Türk Şurasının Zirvə Görüşündən narahatlıq keçirirsiniz. Nə bilmək olar, bəlkə də belə uğurlara kölgə salmaq üçün qarşıdurma yaradaraq, tarixi hadisəni arxa plana keçirmək tapşırığı ermənilərdən gəlib... Bir sözlə, bu gün Azərbaycan cəmiyyətində hansısa mitinq, nümayiş, küçə yürüşlərinin keçirilməsinə sosial sifariş yoxdur. Cəmiyyətimiz dünyada gedən proseslərdən yaxşı baş çıxarır və sizin 19 oktyabr mitinqinizə dəstək verməyəcək. Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru
Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...



Milli Şuranın 2 mart mitinqinə icazə verilmədi - Rəsmi
Əli Həsənovdan Əli Kərimliyə dərs: Siyasi "qabiliyyəti"...
DİN və Baş Prokurorluqdan Milli Şuraya MİTİNQ XƏBƏDARLIĞI
Azərbaycan polisi öz mövqeyini sərt şəkildə bildirməlidir
Bakı polisindən mitinq iştirakçılarına XƏBƏRDARLIQ
İrəvanda müxalifət parlamentin binası qarşısında GECƏLƏYƏCƏK
Bakı Polisi: "Küçə yürüşünə cəhdin qarşısı alındı"
Bəhruz Quliyev: “Mitinqlərinin baş tutmaması səbəbi..."
Bakıda 50 nəfər bu səbəbə görə saxlanıldı
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
Qanunsuz aksiyalarda 60 nəfər saxlanılıb — DİN-dən rəsmi açıqlama
Bakı polisi piketlə bağlı ikinci rəsmi məlumat yaydı
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 