Türkiyə və ABŞ Prezidentləri arasında növbəti telefon danışığı olub.
ONN media xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan öz tvitter mikrobloqunda məlumat verib.
“ABŞ Prezidenti Donald Trampla gerçəkləşdirdiyimiz telefon danışığı zamanı ikitərəfli məsələlər, xüsusilə də Fəratın qərbində qurulması planlaşdırılan təhlükəsiz bölgə haqqında fikir mübadiləsi apardıq. Görüşümüzdə dərin və sağlam təməllərə söykənən Türkiyə-Amerika əlaqələrinin gücləndirilməsi üçün atdığımız qarşılıqlı addımlardan duyduğum məmnuniyyətimi bölüşdüm. Ümid edirəm ki, bölgəmizin sülhü, firavanlığı və sabitliyi üçün, xüsusilə Suriyanın şimalında quracağımız təhlükəsiz bölgə işləri üçün ortaq səylərimiz davam edəcək”.
Donald Tramp da öz tvitter səhifəsində türkiyəli həmkarı ilə görüşdüyünü açıqlayıb:
“İndi Prezident Rəcəb Tayyib Ərdoğanla danışdım. Mənə Suriyanın şimal-şərqində kiçik miqyaslı snayper və minaatan hücumunun tez bir zamanda dayandırıldığını söylədi. O (Ərdoğan.-red) barışığın və ya fasilənin işləməsini istəyir. Eləcə də kürdlər də bunu istəyir və son həllin gerçəkləşməsini istəyirlər”.
İllər əvvəl belə bir düşüncəyə sahib olmamağın pis olduğunu bildirən Tramp, prosesin bu günə qədər çox zəif şəkildə davam etdiyini vurğulayıb: “Hər iki tərəfin yaxşı niyyəti var və bu, uğur üçün yaxşı bir fürsətdir.
ABŞ nefti təmin etdi və İŞİD döyüşçüləri də kürdlər və türklər tərəfindən təhlükəsizliklə təmin edildi. Mən həmişə Avropa Birliyinin bəzi ölkələrinə xəbərdarlıq etmişəm və ilk dəfə olaraq öz ölkələrindən gələn İŞİD döyüşçülərini almaq niyyətindədirlər. Bunlar yaxşı xəbərdir, amma biz onları tutduqdan sonra bu, edilməli idi. Yenə də yaxşı irəliləyiş var”.
Amerika lideri digər tərəfdən, Ərdoğanın ona bir neçə gün öncə tvitterdə ünvanladığı “Cənab Prezident, insanlığın əsas düşmanı olan terrorçuluğa qarşı qalib gələndə daha çox insan xilas olunacaq. Bu ortaq səyin bölgəmizdə sülh və sabitliyi təmin edəcəyinə əminəm” mesajına cavabında “terrorçuluğa qarşı qalib gələk” ifadəsini işlədib



Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq
Ərdoğanla Tramp bu barədə telefon danışığı apardılar
Ərdoğan və Merkel arasında telefon danışığı oldu
Ərdoğan və Tramp razılığa gəldi
Ərdoğan və Tramp arasında telefon danışığı olub
Ərdoğanla Tramp telefonda danışdı: Nələr müzakirə edildi?
Ərdoğan ilə Tramp arasında telefon danışığı baş tutub
Ərdoğan və Tramp arasında telefon danışığı oldu
Ərdoğanla Tramp arasında telefon danışığı: GÜNDƏMİ DƏYİŞDİRƏCƏK TƏKLİF
Ərdoğan ilə Tramp telefonda danışdılar - BUNLAR MUZAKİRƏ EDİLDİ
Putin və Ərdoğan arasında telefon danışığı olub- Nə müzakirə olundu?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 