Sosial şəbəkələrdə özünü "Milli Şura" adlandıran qurumun və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin dünənki razılaşdırılmamış aksiyası növbəti dəfə uğursuzluğa düçar oldu. " Bakı Şəhər İcra Hakimiyyəti "Milli Şura"nın və AXCP-nin oktyabrın 19-da mitinq keçirmək haqqındakı müraciətinə razılıq versə də, müvafiq yer ayırsa da, təşkilatçılar icazəli mitinqdən imtina edərək, paytaxtın mərkəzində qanunsuz aksiya kerçirməyə cəhd göstərdilər. Lakin müxalifətçilərin səylərinə baxmayaraq bu cəhd uğursuz alındı.
Bütün bunlar bir yana, tərəfdarlarını qanunsuz aksiyaya çağıran Əli Kərimli polis tərəfindən buraxıldıqdan sonra müsahibəsində özünü qəhrəman kimi qələmə verib. Bunu onun təəssüf və təəccüb doğuran fikirləri də sübut edir: "Dedim ki, özümü Xocalıda, əsirlikdə hiss edirəm". Şübhəsiz ki, Əli Kərmlinin özünü "əsirlikdə olanlar" kimi qələmə verməsi təkcə partiya sədrinin "liderlik" iddiasını göstərmir, həm də onun Xocalı əsirlərini adiləşdirməsi cəhdlərini ortaya qoyur. Deputat Elman Məmmədov "Report”a açıqlamasında bildirib ki, Əli Kərimlinin özünü Xocalı sakini kimi aparmağa mənəvi haqqı yoxdur: "Mən hələ 1992-ci ildəki danışıqlarımda, verdiyim izahatlarda qeyd eləmişəm ki, həmin dövrdə Xocalıda baş verənlərə görə, ermənilərin Xocalıda törətdikləri soyqırıma görə həmin dövrkü iqtidar nə qədər məsuliyyət daşıyırdısa, müxalifət də o qədər məsuliyyət daşıyırdı. Mənə elə gəlir ki, bunları uyğunlaşdırmaq və düşmənlər tərəfindən xalqımızın başına gətirilən soyqırımı belə aşağılamaq, onun tərəfindən özünü xocalılılarla müqayisə etmək tariximizə, soyqırımımıza qarşı haqsızlıqdır, onu aşağılamaqdır. Təbii ki, biz hamımız Xocalı sakinləri olaraq bunu pisləyirik". (report)Deputat: "Əli Kərimlinin özünü Xocalı sakini kimi aparmağa mənəvi haqqı yoxdur"



"Milli Şura" 2 noyabra planlaşdırdığı aksiyasını ləğv etdi
DİN və Baş Prokurorluqdan Milli Şuraya MİTİNQ XƏBƏDARLIĞI
Əli Kərimlidən ŞOK SÖZLƏR: Mənə Xətai polisi... - Özünü BELƏ BİABIR ETDİ
Əli Kərimli başını dəmir barmaqlığa çırpıb - Rəsmi
Diqqət- Bu 3 stansiya bağlandı
Əli Kərimli DİN hosbitalına aparılıb
Bu günkü mitinq təxirə salındı
Bu 3 stansiyanın fəaliyyəti bərpa olundu
Milli Şura mitinqin keçirilməsindən imtina edib
Əli Kərimli azad olundu? - Məhkəmədən açıqlama
Bakı Polisi: "Küçə yürüşünə cəhdin qarşısı alındı"
DİN Əli Kərimlinin iddialarına cavab verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 