Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar artistlər Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayeva Xalq artisti adına layiq görülüb. ONN media xəbər verir ki, Tünzalə Ağayeva fəxri ad alması ilə bağlı təəssüratlarını sosial şəbəkədə paylaşıb. Dövlət başçısına təşəkkür edən müğənni sevincini belə ifadə edib: “Bu gün unutmayacağım hisslərlə doludur, hər kəsə ayrıca təşəkkürümü bildirirəm, dəyərli izləyənlərim, tamaşaçılarım… Çox sevincliyəm, o qədər aşıb-daşan duyğularım var ki, bilmirəm hansından başlayım... Mənə verilən dəyər və etimada görə bir sənət adamı və vətəndaş kimi hörmətli Cənab Prezidentə, Dövlətimizə sonsuz minnətdarlığımı bildirirəm. Bu böyük etimadı daşımaqdan qürur duyuram. Bu adı hər zaman ən gözəl və layiqli şəkildə daşımağa çalışacam. 2006-cı ildə Əməkdar artist adı aldığım gün sevinc göz yaşlarımı xatırlayıram. İndi isə ikinci dəfə belə bir hal və sevinc yaşayıram. Bu ad mənim üçün ikiqat sürpriz oldu. Çünki, bu gün həm də doğum günümü qeyd edirəm”.
Xalq artisti İlham Əliyevə təşəkkür etdi



Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil..."
Xalq artistləri Prezidenti belə TƏBRİK ETDİ
Bəhram Bağırzadə Prezidentə təşəkkür etdi
Tünzalə Ağayeva arıq qalmağının sirrini açdı
Prezident ona da EV VERDİ
Emin Ağalarov Azərbaycanı belə təbrik etdi
İlham Əliyev Xalq artistinə EV VERDİ
Bu şəxslərə "Xalq artisti" və "Əməkdar artist" adı verildi - SƏRƏNCAM/SİYAHI
Bir sıra məşhur müğənnilərə “Xalq artisti” adı verildi - SƏRƏNCAM
Xalq artisti ilk dəfə Şuşada
Nazir Cahangir Novruzova “Xalq artisti” fəxri adını təqdim edib
Yeni təyin olunan səfir prezidentə təşəkkür etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 