Çərşənbə günündən başlayaraq, Rusiya Federasiyası ilə birgə patrul xidməti haqqında əldə olunmuş razılaşmaya əsasən Suriyadakı bütün YPG silahlıları Türkiyə ilə sərhəddən 30 kilometr zona hüdudlarından çıxarılmalıdır.
ONN media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra mətbuata açıqlamasında deyib.
"Tarixi razılaşmaya imza atdıq. Biz sabahdan başlayaraq, layihəmizi həyata keçirəcəyik. 150 saat ərzində YPG terrorçuları və ağır silahlar 30 kilometr geri çəkiləcək və ləğv ediləcək. Bizim birgə patrullarımız 10 kilometr dərinlik boyunca xidmət həyata keçirəcək. YPG-nin bütün terrorçuları bu ərazidən çıxarılacaq. Hər iki dövlət terrorçuların əraziyə girməməsi üçün bütün lazımi tədbirləri görəcək və sıx əlaqəli şəkildə işləyəcəklər", - Ərdoğan bildirib.
Tel Rıfat və Münbiçdəki bütün YPG terrorçuları da silahları ilə birlikdə bölgədən çıxarılacaq.
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu 10 maddəlik razılaşmanın mətnini oxunub. Razılaşmaya əsasən, Rəsulayn və Tel-Abyadı da əhatə edən "Sülh çeşməsi" hərəkatının ərazisi mühafizə ediləcək.
Vladimir Putin Suriyada separatçılıq əhval-ruhiyyəsinin artmasına görə narahatlığını ifadə edib.
"Bu regionda terrorçuluq təhlükəsinin artması və bu regionda etnokonfessional ziddiyyətlərin artması ilə əlaqədar Türkiyə tərəfinin narahatlığını bölüşürük", - deyə o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra bildirib.
Rusiya lideri qeyd edib ki, bu ziddiyyətlər və separatçılıq əhval-ruhiyyələri son zamanlar kənardan süni şəkildə qızışdırılır.
Qeyd edək ki, prezidentlərin görüşü 6 saat davam edib.



Türkiyə NÖQTƏNİ QOYDU: Oradan da çıxacaqlar
Ərdoğan: "Soçidə Rusiya prezidenti ilə prosesi müzakirə edəcəyik"
Ərdoğan Putinlə nəyi müzakirə edəcək?
Növbəti addımı atacağıq - Ərdoğan
Ərdoğan Putinlə görüşəcək
Terrorçulara verilən 150 saatlıq vaxt bitdi - Rusiyadan SON AÇIQLAMA
Ərdoğan: Putinlə bu tarixdə görüş keçirəcəyik
Türkiyə və Ukrayna arasında tarixi müqavilə...
Əlavə əsgər göndərəcəyik - Çavuşoğlu
SON DƏQİQƏ: Çavuşoğluyla Lavrov arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ
Ərdoğanın Rusiyaya səfəri başladı
Atdığımız addımlardan geri dönə bilmərik - Ərdoğan
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 