Bu gün dünyada baş verən toqquşmalar, o cümlədən hər gün artan terrorçuluq çox mürəkkəb vəziyyətin yaranmasına gətirib çıxarıb. Biz gücdən istifadə hallarının, o cümlədən qeyri-sabitliyin şahidiyik. Beynəlxalq təşkilatların qərarlarına məhəl qoyulmur. ONN media xəbər verir ki, bunu Qoşulmama Hərəkatının sammitində çıxışı zamanı Pakistan Prezidenti Arif Alvi bildirib. “Zirvə görüşü çərçivəsində biz Bandunq prinsiplərini qeyd etdik. Bizim təşkilat çərçivəsində tədbirlər planı olmalıdır. QH-nın üzvləri BMT üzvlərinin 2/3 hissəsi, dünya əhalisinin 50 faizidir. Bizim ümumi irsimiz var. Bu irs BMT nizamnaməsində əks olunanları tətbiq etməyə imkan verir. Pakistan birmənalı olaraq işğala yox deyir, onu pisləyir. Xalqların azadlığı naminə terrorçuluğa qarşı mübarizə aparılmasını təşviq edir. Üzv dövlətlər hər cür işğaldan əziyyət çəkirlər. Kəşmir xalqı on illiklər ərzində xarici əsarət altındadır. Kəşmirin işğalı ilə bağlı onun incəliklərini açıqlayan qərar var. Bu qərar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Hazırda orada qeyri-qanuni hərəkətlər edilir və orada yaşayan əhali illər ərzində əziyyət çəkir. Həmin regionda yaşayan xalqın öz müqəddəratını təyin etmək hüquq var. Bu hüquq təmin edilməlidir. Bu gün Kəşmirdə terrorçuluq baş alıb gedir. BMT hüquq mövqeyindən çıxış edərək ölçülər götürməldir”. Arif Alvi Pakistanın Kəşmirdə təhlükəsizliyin bərqərar olması üçün çalışdığını qeyd edib: “Biz Kəşmir xalqının çətinliklərini qeyd edirik. BMT Təhlükəsizlik Şurası indiyədək bu istiqamətdə 11 qətnamə qəbul edib. Orada yaşayan xalq ən böyuk terror hadisələri ilə üzləşir. Etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq Pakistan hesab edir ki, hər bir dövlət etnik xalqın hüququnu qorumalıdır. Pakistan bu baxımdan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırış edir. Əl-Qaidə, İŞİD kimi ünsürlərinə qarşı addımlar atılıb. Beynəlxalq ictimaiyyət bunun öhdəsindən gələ bildiyi kimi Kəşmirdəki ünsürlərin də öhdəsindən gələ bilər. Biz bu ünsürlərin beynəlxalq hüquq qarşısında cavab verməsinə nail olunmasına çağırırıq”.
Kəşmir on illərdir xarici əsarətdədir - Pakistan



Dünya artıq bizi ciddiyə almır
Pakistan Azərbaycandan kömək istədi
Bayramov Pakistanın Prezidenti ilə görüşdü
Azərbaycanla qarşılıqlı ticarətin həcmini genişləndirmək lazımdır - Pakistan Prezidenti
Pakistan addım atacaq!- Alvi
Pakistan Prezidenti Dağlıq Qarabağda törədilən soyqırımından danışdı
Prezident: "Pakistan Ermənistanı tanımayan az sayda ölkədən biridir"
SON DƏQİQƏ – Hindistanla Pakistan arasında növbəti TOQQUŞMA
Pakistan prezidenti ikinci dəfə koronavirusa yoluxdu
Pakistan Ermənistana Qarabağla bağlı NOTA VERDİ
Kəşmirdə qan su yerinə axdı
Pakistandan Hindistana Kəşmir problemi ilə bağlı çağırış
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 