Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü başa çatıb. ONN media bildirir ki, görüşün yekununda çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, görüşün sonunda Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənədlər qəbul edilib. E.Məmmədyarov deyib ki, Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürür: “Azərbaycana etimad göstərdiyiniz üçün hamınınıza təşəkkür edirəm. Ümid edirik ki, biz çoxtərəfli əməkdaşlığı inkişaf etdirəcəyik. Azərbaycan artıq donor ölkəyə çevrilib. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olan müxtəlif ölkələrə yardımlar ayırır və bu yardımlar davam edəcək. Qəbul edilən sənədlər göstərir ki, Qoşulmama Hərəkatı yenə də qlobal problemlərin həllinə öz töhfəsini verəcək. Azərbaycanın da prioritetləri Bandunq prinsipləri olacaq. Əsas məqsədimiz Qoşulmama Hərəkatına inamı artırmaq və bu qurumun rolunu artırmaq olacaq ”. Xarici işlər naziri qeyd edib ki, 25 ildən çoxdur ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsindən əziyyət çəkir: “Azərbaycan son 25 ildə böyük iqtisadi və sosial nailiyyətlər əldə edib. Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələri dünyada sülhə və təhlükəsizliyə töhfə verir. Biz sədrliyimiz dövründə iqtisadi inkişafa da önəm verəcəyik. Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təşkilatlarla da dialoqun inkişafına önəm verəcək. Mədəniyyətlərarası və svilizasiyalararası dialoqu təşviq edəcəyik. Biz hər kəsə bu Zirvə Görüşündə iştirakınıza görə təşəkkürümüzü bildiririk”
Qoşulmama Hərəkatın Bakı Siyasi Bəyannaməsi qəbul edildi



Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi
Qoşulmama Hərəkatına üzv olan ölkələrə VACİB TƏKLİF
Maduro bu tarixdə Azərbaycana gələcək
Azərbaycan buna müvəffəq olub - İlham Əliyev
Ölkə başçısı sərəncam imzaladı - Ramiz Mehdiyev...
İslahatlara böyük ehtiyac duyulur – İlham Əliyev
Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək
Azərbaycan üzv ölkələrin maraqlarını qətiyyətlə qorudu
Prezident: Ölkələrin ərazi bütövlüyünün pozulması yolverilməzdir
Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz qazandı
Sədrlik Bakıya keçdi- Prezident açıqladı
Azərbaycan Qoşulmama Hərəkatına daha bir il sədrlik edəcək
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 