“BMT Baş Assambleyasının rəhbəri, BMT baş katibinin müavini, 60-a yaxın ölkənin prezidenti və baş nazirinin Azərbaycanda səfərdə olması Qoşulmama Hərəkatının nə dərəcədə əhəmiyyətli bir platforma olduğunun bariz nümunəsidir”. Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva deyib. Deputat bildirib ki, Qoşulmama Hərəkatının təməl prinsipləri prezident İlham Əliyevin də çıxışında vurğuladığı kimi, Azərbaycanın xarici siyasət prioritetləri ilə üst-üstə düşür: “Ölkələrin daxili siyasətinə, sərhədlərinə və suverenliyinə hörmət edən Azərbaycanın növbəti 3 il ərzində bu hərəkata sədrlik etməsi, Qoşulmama Hərəkatının imici baxımından əhəmiyyətlidir. Azərbaycanın sədr olması bu təşkilatın beynəlxalq arenada imicinin yüksəlməsinə öz təsirini göstərəcək. Ölkə üçün bu təşkilatın əhəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin daha böyük arenaya təqdim edilməsindədir. Cənab prezident Qoşulmama Hərəkatının açılış nitqində çıxışının üçdə bir hissəsini torpaqlarımızın işğal altında olmasına ayırdı. BMT-nin qətnamələri və bu qətnamələrin tətbiq edilməməsi baxımından maraqlı bir mesaj da verdi. Dedi ki, BMT-də islahatlara ehtiyac var. Eyni zamanda bildirdi ki, bəzi qətnamələr bizim timsalımızda 25 ildir ki, həyata keçirilmir, bəziləri isə bir neçə saata öz həllini tapır”. Q.Paşayeva qeyd edib ki, Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü, eyni zamanda Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəkləməsi, ölkəmiz üçün ciddi siyasi hadisədir: "Azərbaycan kimi təşkilata qoşulub, qısa müddətdə ona sədrlik edən ikinci ölkə yoxdur. Bu da ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir".
Bunu Azərbaycandan başqa hələ ki, bacaran yoxdur - Qənirə Paşayeva



İslahatlara böyük ehtiyac duyulur – İlham Əliyev
Azərbaycan buna müvəffəq olub - İlham Əliyev
Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz qazandı
Qoşulmama Hərəkatına üzv olan ölkələrə VACİB TƏKLİF
Sədrlik Bakıya keçdi- Prezident açıqladı
Prezident: Ölkələrin ərazi bütövlüyünün pozulması yolverilməzdir
Prezidentdən çağırış- ÜZR İSTƏSİNLƏR!
Bakıda Qoşulmama Hərəkatının iclası keçirilir
Azərbaycan üzv ölkələrin maraqlarını qətiyyətlə qorudu
Qənirə Paşayevanın yerinə yeni təyinat olacaq
Mehriban Əliyeva: Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi tanınır
Zirvə Görüşü dünya mediasında
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 