Balqabaq tumu, banan, günəbaxan tumu, şokolad və toyuq yumurtası kofeinin daha sağlam alternativi ola bilər. ONN media-nın “MedikForum”a istinadən məlumatına görə, bu barədə alman diyetoloq Cess Bler danışıb.
Mütəxəssisin sözlərinə gprə, bu gün insanlar daim iş, dost, idman və istirahət arasında balans axtarmağa məcburdur. İnsanların çoxu yuxu vaxtına qənaət etməyə çalışır və daimi yorğunluqdan əziyyət çəkir.
Diyetoloqun məsləhət gördüyü məhsulların tərkibində olan maddələr isə yorğunluqdan azad olmağa kömək edir:
Balqabaq tumu
Balqabaq tumu daimi yorğunluq zamanı yaxşı təsir göstərir. Belə ki, onun tərkibində çox sayda faydalı maddə var: yüksək keyfiyyətli zülallar, omeqa-3 turşu yağları, B1, B2, B5, B6 vitaminləri və manqan, mis, dəmir, maqnium və fosfor kimi minerallar. Onların hamısı immun sistemini möhkəmləndirir və çoxlu enerji verir.
Avokado
Diyetoloq qeyd edir ki, avokado – faydalı yağların, eləcə də zülalın mənbəyidir. Onlar insanı uzunmüddətli enerji ehtiyatı ilə təmin edir.
Banan
Banan orqanizmi kalium və karbohidratlarla təmin edir ki, bu da insanın özünü enerjili hiss etməyə kömək edir. Meyvənin tərkibində olan vitamin və minerallar isə immunitetin yaxşı işləməsinə effektiv şəkildə dəstək olur.
Yağlı balıq
Bu cür balıq yorğunluq yaradan soyuqdəymə ilə mübarizə aparan omeqa-3 turşu yağları ilə zəngindir. Həftədə bir neçə dəfə yağlıq balıq yemək orqanizmi lazım olan enerji ilə təmin etməyə, həm də ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir.
Qoz və günəbaxan tumu
Onlar zülal və proteinlə zəngindir. Enerji verməklə yanaşı qoz və günəbaxan tumu dərinin vəziyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.
Tünd şokolad
Tünd şokoladın tərkibində olan teobromin maddəsi orqanizmi enerji axını ilə təmin edir.
Toyuq yumurtası
Qaynadılmış toyuq yumurtası yorğunluğun əsl “dərmanıdır”. O, orqanizmi zülal və B qrupu vitaminləri ilə təmin edir



Balqabaq tumunun inanılmaz faydaları
Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin - FAYDALARI
Günəbaxan tumunun bilmədiyimiz FAYDALARI
Saç tökülməsinin qarşısını alan QİDALAR — SİYAHI
Gündə neçə dilim çörək yemək faydalıdır?
Bu diyeta və qidalar ürəyi məhv edə bilər - Kardioloq
Günəbaxan tumlarının bilinməyən faydaları
Balqabaq tumunun faydasından xəbərdar olun!
Qara şokolad, yaşıl çay, avokado... - İnsanı cavanlaşdıran qidalar AÇIQLANDI
Banan enerji və kalium mənbəyidir
İnsanı 10 yaş cavanlaşdıran qidalar hansılardır?
Botoks effekti almaq üçün mütləq oxuyun
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 