Maliyyə Nazirliyində Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzi yaradılıb. ONN media xəbər verir ki, mərkəzə rəhbərlik İlham Kərimova həvalə olunub. Bundan başqa, nazirliyin Hüquq şöbəsinin müdiri Xaliq Rəhmanov qurumun aparat rəhbərinin müavini təyin edilib. O, eyni vaxtda iki vəzifə daşıyacaq. Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyə şöbəsinin müdiri Xaqani Rzayev isə nazirlik yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunub. Adı çəkilən şöbənin əvəzində isə 2 yeni şöbə yaradılıb. Bunlardan biri Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsidir ki, ona müdir Cavid Məmmədov təyin edilib. Digər yeni şöbə isə Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsidir ki, onun müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Zakir Hacıyevə həvalə olunub. Həmçinin Maliyyə Nazirliyinin hərbi qurumların və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdiri dəyişib. İndiyə qədər şöbəyə rəhbərlik edən Rafiq Hüseynovu Etibar Kərimov əvəz edib. Bundan başqa, nazirliyin ümumi şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şahin Qarayevə həvalə olunub. O, bu vəzifədə bir qədər əvvəl 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilmiş Lalə Həsənovanı əvəzləyib.(report)
Bu nazirlikdə kadr və struktur dəyişiklikləri oldu



Mədət Quliyev bu şöbəni ləğv etdi
Samir Şərifovdan YENİ TƏYİNATLAR
Maliyyə Nazirliyində YENİ TƏYİNATLAR
Nazir 4 nəfərə vəzifə verdi
Nazirlikdə yeni təyinatlar - 3 şöbəyə müdir təyin edildi
Azərbaycanda yüksək vəzifələrə təyinatlar
Energetika Nazirliyində yeni təyinatlar
Daha bir vəzifəli şəxs işdən çıxarıldı
Ramiz Mehdiyev 4 strukturu LƏĞV ETDİ
Mədət Quliyevdən İLK TƏYİNAT
Nazirlər Kabinetində yeni TƏYİNATLAR - ADLAR
Milli Məclisdə yeni sektor yaradıldı - TƏYİNAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 