Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyətin elan edilməsinin 96-cı ildönümü münasibətilə oktyabrın 29-da rəsmi qəbul təşkil edib. ONN media xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, bir millət və dövlət olaraq türk xalqı son dövrlərdə əhəmiyyətli anlar yaşayır. Türkiyə Cümhuriyyəti terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir. Ölkə 2023-cü ildə hədəfinə çatacaq və bununla da gələcək nəsillərə daha güclü Türkiyə miras qoyacaq. Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə xalqına səmimi təbriklərini çatdırıb. Bildirib ki, Türkiyə ötən 96 ildə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə dünyada güclü dövlət kimi tanınır. Türkiyə ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur. Bu günədək ölkələrimiz arasında 240-dan çox sənəd imzalanıb. İki ölkə arasında böyük iqtisadi-ticari əlaqələr var. Ölkələrimiz birlikdə böyük layihələrə imza atıblar. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsində parlamentlərarası dostluq qruplarının böyük rolu var. Qardaş dövlətlərimiz beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər və bir qayda olaraq mövqelərimiz üst-üstə düşür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə ölkəmizin haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir. İki ölkənin dövlət başçılarının qardaş münasibətləri dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələrə öz müsbət təsirini göstərir. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.(publika)
Bakıda Türkiyənin milli bayramı qeyd edildi



Türkiyə səfirliyində rəsmi qəbul
Ərdoğan İlham Əliyevə zəng etdi
Prezident Türkiyənin Diyanət İşləri İdarəsinin sədrini qəbul edib
Türkiyədəki səfirimiz Ərdoğanla görüşdü
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu
Heydər Əliyev Mərkəzində Türkiyənin Cümhuriyyət bayramı qeyd olunur
Ərdoğan İlham Əliyevə zəng etdi
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Əli Əsədov Türkiyə səfiri ilə görüşdü
Türkiyəli deputatlar Qarabağa gələcək
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 