Türkiyənin Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında keçirilən "Barış pınarı" əməliyyatı terrorçulara qarşı yönəldilib, o vaxt Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə terrorizmlə mübarizə bəhanəsi ilə on minlərlə dinc sakini öldürüb.
ONN media xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Əl-Cəzirə" telekanalının efirində ərəb koalisiyası ölkəsinin Türkiyə ordusu barədə tənqidinə cavab verərək bildirib.
Diplomatın sözlərinə görə, əgər terrorçuluğa qarşı "Barış pınarı" əməliyyatını Səudiyyə Ərəbistanının və BƏƏ-nin Yəməndəki əməliyyatları ilə müqayisə etmək lazım gəlsə, onda deməyə nəsə var.
"Türkiyə bu əməliyyatı (YPG/PKK) terror təşkilatına qarşı başlayıb. Amma Yəməndə on minlərlə dinc sakin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin bombardmanları nəticəsində öldürülüb, - deyə Çavuşoğlu bildirib. Nazir vurğulayıb ki, "Barış pınarı" əməliyyatının gedişatında heç bir dinc sakin öldürülməyib.
Türkiyə xarici siyasət idarəsinin başçısı həmçinin xatırladıb ki, Yəməndə blokada nəticəsində aclıqdan və yoluxucu xəstəliklərdən yüz minlərlə insan ölüb.
"Biz mülki şəxslər haqqında danışırıq. Onlar (ərəb koalisiyası - red) əvvəlcə bu barədə hesabat verməlidir. Siz Yəməndə nə edirsiniz? Siz Yəmənə girdiniz, siz Yəməni məhv etdiniz", - Mövlud Çavuşoğlu deyib



Türkiyə xüsusi təyinatlıları 3 terrorçunu MƏHV ETDİ
Çavuşoğludan Makron barədə ŞOK SÖZLƏR
Türkiyə ordusu 4 PKK terrorçusunu MƏHV ETDİ
Terrorçuların bu dəfəki hədəfi MƏKKƏDİR
Türkiyə Suriyada 181 sığınacağa zərbələr endirib
Səudiyyə Ərəbistanının başçılıq ediyi qüvvələr Yəmənə zərbə endirdi - 11 dinc sakin həlak oldu
Türkiyə əməliyyatı dayandırdı – ABŞ-la anlaşma – SON DƏQİQƏ
Türkiyə “Barış Pınarı” əməliyyatında ilk şəhidini verdi
Türkiyə Suriyada yenidən əməliyyatlara başlayır?
Müharibə Səudiyyə torpaqlarına keçdi: 2000 əsir, 200 ölü, 3 alay və... - ŞOK GÖRÜNTÜLƏR - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 