Bu il sentyabr ayının 29-da kütləvi informasiya vasitələrində Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “facebook” sosial şəbəkəsində “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən ONN media -ya daxil olan birgə məlumatda qeyd olunur ki, “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib. Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanılaraq zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və o, saxlanılıb. Yaşadığı evə baxış zamanı oradan 1 ədəd tək lüləli yivsiz ov tüfəngi və “Makarov” tipli tapançaya aid 4 ədəd patron aşkar olunaraq götürülüb.
İlkin dindirmə zamanı F.Quliyev qonşusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün qeyd olunan məzmunda paylaşım etdiyini etiraf edib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə F.Quliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.Elşad Hacıyevi ölümlə hədələyən şəxs həbs edildi



“Facebook”da şok paylaşım: Tanınmış polis mayorunu öldürmək istəyirlər?
Xudayarı təhqir edəni döyənlər tapıldı - RƏSMİ
Tahir Kərimlinin ölümlə hədələnməsi xəbəri... - DİN-dən reaksiya
Azərbaycanda paylaşıma görə sosial şəbəkə istifadəçisi həbs olundu
Vaqif Əsədov təltif edildi
DİN sosial şəbəkələrlə bağlı əhaliyə müraciət etdi
DİN-dən sosial şəbəkə istifadəçilərinə CİDDİ XƏBƏRDARLIQ
Həsənlinin videolarını yayan şəxs müəyyən edildi - RƏSMİ
Daha bir vəzifəli şəxs rüşvətə görə tutuldu
Bakı polisindən koronavirus açıqlaması
Maşınında erməni mahnısı səsləndirən şəxslə bağlı xəbər var
"Facebook" 203 hesabı sildi - NİYƏ?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 