Bakı sakini Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini qumbara ilə partlatmaqla hədələyib. Hadisə ötən şənbə saat 15:30 radələrində Bakının Xətai rayonunda baş verib. Bu barədə məlumatlı hüquq mühafizə mənbələri məlumat verib. Prokuroturanın işçiləri Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Əfsun Rəcəbovun mənzilinə basqın edib. Bu zaman Ə. Rəcəbovun mənzilinin qapısının ağzında 1992-ci il təvəllüdlü qaynı Natiq Qasımov görünüb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparıldığı üçün onu içəri buraxmayıblar. N.Qasımov bu zaman bir əl qumbarası çıxararaq onun qoruyucu milini çəkib buraxıcı düyməsini basaraq partladacağını deyib. 36-cı polis bölməsinin əməkdaşları partlayışın qarşısını ala bilib. Onlar N.Qasımovu barmağını sursatın buraxıcı düyməsini çıxarmamağa inandıra bilib və bu vəziyyətdə onu Hövsan kəndi ərazisinə aparıblar. Burada N.Qasımov əl qumbarasını gölə atıb və bununla da zərərsizləşdirilib. N.Qasımova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Bakıda kişi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini partlatmaq istədi



Ermənistanın fövqəladə hallar naziri saxlanıldı
At əti satanlar yaxalandı - BAKIDA
Kamran Əliyev Bakı şəhər prokuroruna yeni müavinlər təyin etdi (YENİLƏNDİ)
Baş prokurordan yeni TƏYİNATLAR
Bakıda silahlı şəxs mağazaya basqın edib
Azərbaycanda vəzifəli şəxs saxlanıldı
Ramil Usubovdan yeni TƏYİNAT
Peruda AĞIR QƏZA: 15 nəfər öldü, yaralılar var
Azərbaycanda daha bir məmur saxlanıldı
Bakıda 14 yaşlı oğlana qarşı ŞOK CİNAYƏT
Bakıda tibbi maskalı kişi aptekə basqın etdi
SON DƏQİQƏ: Daha bir rus təyyarəsi vuruldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 