Quru meyvələr, çərəzlər damaq dadımızın ayrılmaz ləzzətlərindən biridir. Hələ bu çərəzlərin şokoladla qovuşmuş halı əvəzolunmaz dad yaradır. Amma bu dadlı qidanın bizdən başqa da damaq dostları var - qurdlar. Bu dəfə çərəzli şokoladların niyə qurdlandığı haqqında məlumat verəcəyik. Çərəzli şokoladların qurdlanması haqqında şikayətlər çoxdur. Lakin, qurdlanma prosesi şokoladın özü ilə deyil, onun tərkibinə daxil olan inqredientlərin xüsusilə fındıq, püstə və digər çərəzlərin qurdlanması ilə əlaqədardır. Qənnadı məmulatlarında yaranan bu qurdlara "güvə sürfələri" deyilir. Gün işığı, nəm və havaya qarşı həssas olan məhsulun keyfiyyətini itirməməsi üçün düzgün şəkildə saxlamaq lazımdır. Şokolad məhsulları temperaturu 18-21°C və nisbi hava rütubəti 75%-dən çox olmayan quru və sərin şəraitdə saxlanmalıdır, ən optimal temperatur isə 20°C-dir. Eyni zamanda məhsullar üçün müəyyən edilən yararlılıq müddəti də vacib faktorlardan biridir. Son istifadə tarixi keçmiş şokolad məhsulları xarab ola, bəzi çeşidləri isə qurdlana bilər. Buna görə də məhsul qablaşdırmaları hava daxil olmayacaq şəkildə tam bağlı olmalıdır. Açıq qablaşdırmadakı məhsula rütubət daxil olduğu üçün boyatlayacaq və xarab olacaq. Xüsusilə yol kənarlarındakı satış köşkləri, qəsəbələrdə yerləşən kiçik mağazalarda əksər hallarda qida məhsullarının saxlanılma qaydalarına riayət olunmur. Mağazalarda şokolad məhsullarını çərəzlərlə yaxın şəraitdə saxlamaq arzuolunmaz haldır. Belə ki, köhnəlmiş və ya zərərvericilərə yoluxmuş çərəzlər yaxınlıqda saxlanılan konfet və ya şokolad məhsullarına da yoluxdura bilir. Birbaşa gün işığı və açıq şəraitdə saxlanıldığı üçün konfetlərin tərkibi dəyişilir. İstehlakçılara saxlanma şəraiti və istehsal tarixinə diqqət etmələrini, bütövlüyü pozulmuş qablaşdırmadakı məhsulları almamaları tövsiyə olunur. (trend)
Şokoladları qurdlanmaqdan necə qoruyaq?



Qənnadı məmulatlarını alarkən bunlara DİQQƏT EDİN
“Araz” da erməni istehsalı olan şokolad satır?
Şokolad alarkən nəyə diqqət etmək lazımdır?
Quru meyvə seçərkən buna diqqət edin
Quru meyvə alarkən nələrə diqqət etməliyik?
Azərbaycan bu ölkədən 13,48 milyon dollarlıq şokolad aldı
Fındıqda təhlükəli maddə aşkarlandı
Tünd şokoladla bağlı YENİ ARAŞDIRMA
Bakıda iyrənc mənzərə - Bu kolbasalardan yeməyin
Ət məhsulları alarkən diqqətli olun - XƏBƏRDARLIQ
Çayın qatqısız olduğunu necə anlaya bilərik? TÖVSİYƏLƏR
Bu qidaları çox yeməyin – Sızanaq yaradır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 