Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İsveç Beynəlxalq Əlaqələr İnstitutunda Şərq Tərəfdaşlığı mövzusunda çıxış edirdi. Çıxışında Ramil Səfərov mövzusu, onun əfv edilməsi məsələsinə də toxunaraq, elə bir görüntü yaratmağa çalışırdı ki, sanki Ermənistan sülh carçısıdır və münaqişənin həll olunmamasının tək müqəssiri Azərbaycandır. ONN media xəbər verir ki, bu barədə məlumatı siyasi fəal Bəxtiyar Hacıyev paylaşıb. O bildirib ki, tədbirdə iştirak edən deputat Asim Mollazadə Minsklə bağlı bir müzakirəyə zarafatla şərh verdi və “Minsk soyuducu istehsal edib, dondurulmuş konflikt verib” dedi və daha sonra erməni XİN-dən xüsusi ilə Xocalıda uşaqların, qadınların və mülki şəxslərin öldürülməsində birbaşa iştirak etmiş Köçəryanın beynəlxalq məsuliyyətə cəlb edilməsinə, məsələnin araşdırılmasına Ermənistanın hazır olub-olmaması barədə sual soruşdu. “Mnatsakanyan bir az həşir salıb, hay-küylə Azərbaycan tərəfinin də müqəssir olduğunu bildirdi və sonda Azərbaycan tərəfinə xitabən “burada mələk kimi görünməyə çalışmaq lazım deyil” dedi. Sonra mən söz aldım, dedim ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə yaxından izləyirdik və bir çoxlarında müsbət gözləntilər vardı ki, Paşinyan hakimiyyəti Qarabağ mövzusunda konstruktiv, ağıllı davranacaq. Amma biz sizin Vaşinqtonda, Brüssüldə və digər Avropa paytaxtlarında çıxışlarınızla Ermənistandakı çıxışlarınızı dinləyəndə tam əks mənzərə görürük. Birtərəfli çıxış edirsiniz və buralarda sülhdən danışıb, Ermənistanda tam əks addımlar atırsınız”, - B.Hacıyev qeyd edib. Fəal vurğulayıb ki, bu çıxışının ardınca erməni terrorçuların Ermənistanda qəhrəman kimi qəbul edilməsi barədə danışmağına moderator mane olub və suala keçməsini istəyib: “Suala keçəndə dedim ki, bayaq dediniz mələk kimi təqdim edirsiniz özünüzü, amma siz də mələk deyilsiniz və özünüzü belə təqdim edirsiniz. Hamımıza məlumdur ki, Şərq Tərəfdaşlığının rifahı, təhlükəsizliyi, stabilliyi üçün Qarabağ münaqişəsinin həlli vacibdir. Necə ola bilər ki, Şərq Tərəfdaşlığının bir ölkəsinin baş naziri bütün ölkələr tərəfindən başqa bir Şərq Tərəfdaşlığı ölkəsinin ərazisi sayılan, işğal altında torpaqlara gedib, “Qarabağ Ermənistandır və nöqtə” deyir, Qarabağın Ermənistana birləşdirilməsinə çağırış edir və sülhdən danışır. Bu, sülhə necə töhfə verir? Mnatsakanyan bir neçə başqa sualı alandan sonra sualıma anlaşılmaz, “Baş nazirimizin Qarabağdakı çıxışı elə onu göstərirdi ki, münaqişənin həlli Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqlarından asılıdır” kimi absurd cavab verdi. Amma sonradan tədbir iştirakçılarının bir neçəsi yaxınlaşaraq, yerində sual verildiyini və cavabın absurd olduğunu bildirdilər”.
Bu sual erməni naziri çaşdırdı: hay-həşir saldı



Mnatsakanyan İSTEFA VERDİ
Məmmədyarovla Mnatsakanyan görüşdü
XİN: Ermənistan bu məsələni ört-basdır etmək istəyir
Bayramov erməni təxribatından danışdı, Mnatsakanyan qulaq asdı
Mnatsakanyan Lavrova zəng etdi - NƏLƏR MÜZAKİRƏ EDİLDİ?
Bəxtiyar Hacıyev Paşinyanı ÇƏTİN VƏZİYYƏTƏ DÜŞÜRDÜ
Paris görüşü ümidlərimizi artırır - Tural Gəncəliyev
ABŞ İlham Əliyevlə Paşinyanı Vaşinqtona dəvət etdi
Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək
Xankəndində 3 saatlıq Qarabağ görüşü
Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək- Bu tarixdə
Tural Gəncəliyev: Azərbaycanlı icma öz torpaqlarına geri qayıtmadan...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 