Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkədə internetin sürətinin aşağı olması barədə iradlara münasibət bildirib.
E. Vəlizadə jurnalistlərə açıqlamasında deyib ki, bu, tam əsassız fikirlərdir.
Nazir müavini Azərbaycanda internetin inkişaf səviyyəsinin yüksək olduğunu vurğulayıb: “Ölkəmizdə ən qabaqcıl İnternet texnologiyaları tətbiq olunur. İstər mobil, istər simsiz texnologiyalar, istər simli telefon şəbəkələri vasitəsi ilə vətəndaşlar öz maraq və tələbatlarına uyğun xidmətlər əldə edə bilirlər. Bu baxımdan Azərbaycanda internetin sürətinin aşağı olması barədə fikirlər tam əsassızdır. Azərbaycanda internetin sürətinin guya aşağı olması barədə göstəricilərin yer aldığı mənbə – Böyük Britaniyanın “Cable” şirkəti məhz onun üçün nəzərdə tutulub ki, kiminsə internetə girişdə problem olursa, onu yoxlamaq üçün bilavasitə həmin mənbəyə müraciət edir. Ona görə də “Cable”yə müraciət edən şəxslər elə hansısa səbəbdən aşağı sürətli internet istifadəçisi olanlardır. İnternet sürəti yüksək olan istifadəçilər heç vaxt o mənbəyə müraciət etmirlər. Ona görə də Azərbaycan reallığında yüksək olan göstərici həmin mənbədə qeyd olunan göstəricilərdən dəfələrlə yüksəkdir”.



Ölkədə internetin sürətinin zəifləməsi ilə bağlı - AÇIQLAMA
VPN-nə SON: Nazir tarix açıqladı
İnternetin sürəti niyə azdır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda nazir müavini koronavirusa yoluxdu
SON DƏQİQƏ: İnternetə qoyulan məhdudiyyət bitdi!
İnternetin sürəti ilə bağlı problem nədən qaynaqlanır?
Azərbaycanda internetin verilməsi məhdudlaşdırılıb - Rəsmi
Ölkədə internet niyə zəifdir?- AÇIQLAMA
Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır – MÜQAYİSƏ
Azərbaycanda internet nə zaman açılır? - RƏSMİ
“Aztelekom”dan internetin sürətinin zəif olmasına reaksiya
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 