Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin tələbələri universitetlərdə “erməni dili”, “Ermənistan tarixi” və “erməni ədəbiyyatı” fənlərinin məcburi tədrisinin ləğvi ilə əlaqədar tətilə başladılar. ONN media Virtualaz.org-a istinadən xəbər verir ki, tələbələr təhsil, elm, mədəniyyət və idman naziri Araik Harutyunyan onların fikirlərini nəzərə almasa, hökumət, parlament və Təhsil Nazirliyinin binalarında daimi aksiyalar keçirəcəklərini bildiriblər. “Bu davam edərsə, Araik Harutyunyan gəldiyi kimi də, gedəcək. Hazırki vaxtda onun yeganə əməli Gümri-Yerevan magistral yolu ilə getməsidir”, – deyə “Rusarminfo” saytı bu sözləri tələbələrdən birinin jurnalistlərə bildirdiyini yazıb. Aksiya iştirakçıları Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin son qərarının ciddi təhlükə ilə üzləşdiyini, buna görə də “erməni dilinin hüquqlarını qorumaq” üçün təcili ehtiyac olduğunu söyləyiblər. Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qeyri-humanitar fakültələrin tələbələri üçün “erməni dili”, “Ermənistan tarixi” və “erməni ədəbiyyatı” fənlərinin məcburi deyil, seçici olmasını təklif edən qanun layihəsi hazırlayıb. Bundan əvvəl, Ermənistan baş naziri Nikol Paşinyan nazirliyin qərarını belə şərh edib: “Universitet sisteminin qarşısında hansı vəzifələri qoymuşuq? Universitet sistemlərinin rəqabətqabiliyyətli olmasını qarşıya məqsəd qoymuşuq. Uzun müddətdə aparıcı universitetlərlə rəqabətli olmalıdır. İndi universitetlərimizdə “erməni dili”, “Ermənistan tarixi” və “erməni ədəbiyyatı” fənnlərinin tədrisini nəzərdən keçirəcəyik. Sual – İngilis dili və ABŞ tarixin Harvard Universitetində məcburi fənn sayılırmı və bütün tələbələr seçdikləri ixtisasdan asılı olmayaraq onları öyrənməlidirlərmi?” Onun fikrincə, bu məsələni müzakirə edib, müsbət və mənfi cəhətlərini nəzərə almaq lazımdır.
Yerevanda tələbələr tətilə başladılar



İrəvanda nə baş verir?- Bir gündə 3-cü məmur getdi
Gürcüstanda yeni nazirlik yaradıla bilər
DİQQƏT- Bu universitet bağlandı
Ermənistanda məktəb və universitetlər bağlandı - SƏBƏB?
İrəvanda tələbələr ayağa qalxdı
Araik Qarabağda Azərbaycanın qubernatoru olmaq istəyir - İDDİA
Ermənistan paytaxtında gərginlik-tələbələr universitetin qarşısına axın edir
İrəvanda yenidən aksiya keçirildi
Putin Paşinyanla 6 saziş imzalandı - Siyahı
Paşinyan daha iki nəfəri işdən QOVDU
"Qarabağ" universitetinin tələbələri təqaüd alacaq?
Azərbaycanda bu nazirliklər ləğv olunacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 