Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən “Amirani” kinoteatrı yaxınlığında polis əməkdaşları və radikal millətçi qruplaşmalar arasında qarşıdurma baş verib. ONN media xəbər verir ki, qarşıdurmaya səbəb kinoteatrda LGBT mövzusunda çəkilən “Və sonra biz rəqs etdik” (“And Then We Danced”) filminin bir neçə saatdan sonra keçiriləcək premyerasıdır. Ultramillətçilər kinoteatra daxil olmağa cəhd ediblər. Polis onların qarşısını alıb. Etirazçılar filmin ilk nümayişinə imkan verməyəcəklərini bildiriblər. Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Kinoteatrıın qarşısında 11 etirazçı saxlanılıb. Həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayıblar. Millətçilərin təmsil olunduğu “Gürcü marşı” təşkilatı və onun tərəfdarları “Amirani” kinoteatrı yaxınlığında LGBT bayrağını yandırıblar. Gürcü rejissor Levan Akinin eynicinsli iki gəncin sevgisindən bəhs edən ekran əsəri Gürcüstan cəmiyyətində böyük narazılıq doğurub. Filmin ölkədə nümayişlərinə Gürcüstan Patriarxlığı da etiraz edib. Səs-küylü filmin noyabrın 10-dək Tiflis ilə yanaşı, Batumi kinoteatrlarında da nümayiş etdirilməsi planlaşdırılıb. Qeyd edək ki, “Və sonra biz rəqs etdik” filmi Gürcüstanın “Takes Film” və İsveçin “French Quarter Film” şirkətlərinin birgə istehsalıdır. Qalmaqallı və ziddiyyətli ekran əsəri son illərin ən uğurlu gürcü filmlərindən biri hesab olunur.
Şəhərdə GƏRGİNLİK - 11 nəfər saxlanıldı



ABŞ QARIŞDI: Tramp tərəfdarları Kapitoli binasına girdilər
Tbilisdə GƏRGİNLİK: Saxlanılanlar var
Gürcüstanda xalq aksiya keçirir
Parlament qarşısında ETİRAZ AKSİYASI
Tiflisdə eyni anda iki aksiya
Azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava
Gürcüstanda yeni QANUN- LGBT qadağan olundu
Tbilisidə polislə etirazçılar arasında GƏRGİNLİK - Yaralılar var
Bakıda məşhur gecə klubunda dava
Tiflisdə gərginlik - Tələblər qəbul olunmasa...
Ağdama qanunsuz keçmək istəyən şəxslər saxlanıldı
Polis və sakinlər arasında qarşıdurma
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 