Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən zərərçəkmiş tərəf apelyasiya şikayəti verib. ONN media xəbər verir ki, bu barədə APA-ya Elina Hacıyevanın ailəsinin nümayəndəsi Sevinc Əliyeva məlumat verib. O bildirib ki, Səbail rayon Məhkəməsinin hökmündən Bakı Apelyasiya Məhkəməsinə şikayət veriblər. Direktor Sevinc Abbasovanın vəkili Sadiq Bağırov isə bildirib ki, müvəkkili barəsində olan hökmdən bu gün apelyasiya şikayəti verəcəklər. Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib. Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq.
Elina işi: Hökmdən apelyasiya şikayəti verildi



Elina Hacıyevanın ölümü ilə bağlı iş ALİ MƏHKƏMƏDƏ
Sevinc Abbasova ilə bağlı xəbər var
Sevinc Abbasova ev dustaqlığına məhkum edildi - RƏSMİ
Elinanın qəbri təhqir edildi - Cinayət işi başlandı
Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ
Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi - Qərar
Elinanın ölüm işi: Direktora hökm oxundu
125-ci maddəyə xitam verildi - Elina işində yenilik
Elinanın anasının vəsatətləri təmin edilmədi
Elinanın ölümünə səbəb olan məktəb direktoru ilə bağlı QƏRAR
Məktəb direktoru: “Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı"
Direktora cinayət işi açıldı – Bu gün məhkəməsi olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 