Azərbaycanda həyata keçirilən kadr islahatları nəticəsində bir neçə yüksək vəzifəli qocaman məmurun təqaüdə göndərilməsindən sonra diqqətlər Səhiyyə naziri Oqtay Şirəliyevə çevrilmişdi. Belə ki, onun da istefa ərizəsi yazacağı və təqaüdə çıxacağı deyilirdi. Lakin bu, baş tutmadı.
Qaynarinfo O.Şirəliyevin istefa ərizəsi yazmamasının səbəbini araşdırıb.
Məlumatlı mənbədən saytımıza məlum olub ki, Səhiyyə nazirinin təqaüdə göndərilməməsi onun rəhbərlik etdiyi qurumun taleyi ilə bağlıdır. Hazırda Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirilməsi gündəmdədir.
"Hələ bu ilin mayında hakim partiyadan millət vəkili olan Məlahət İbrahimqızı demişdi ki, 2020-ci ildən etibarən bir çox səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-ə verildiyi üçün nazirlik artıq səhiyyə qanunvericiliyinin tətbiqi qaydaları, beynəlxalq əməkdaşlıq, təlimatlar, instruksiyalar, xəstə-tibb işçisi arasında münasibətlər və bu kimi digər funksiyaları həyata keçirəcək. Bundan əvvəl isə o vaxtkı Baş nazir Novruz Məmmədov səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq, TƏBİB-in tabeliyinə keçirilməsi haqqında qərar imzalamışdı. Hökumətdə hesab edirlər ki, artıq Səhiyyə Nazirliyinin ayrıca bir qurum kimi fəaliyyət göstərməsinə ümumiyyətlə ehtiyac yoxdur, idarəetmənin təmərküzləşməsi baxımından bu qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi daha məntiqəuyğundur”, - deyən mənbəmiz əlavə edib ki, səhiyyə qanunvericiliyinin tətbiqi qaydaları, beynəlxalq əməkdaşlıq, təlimatlar, instruksiyalar, xəstə-tibb işçisi arasında münasibətlər və bu kimi digər funksiyalarla eləƏƏSMN-in tabeliyində hansısa xidmət, agentlik və ya bu tipli qurum kimi fəaliyyət göstərərək məşğul olmaq da mümkündür.
"Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi yönündə hökumət daxilində müzakirələr davam etdiyindən və bu birləşmənin tərəfdarları artdığından Oqtay Şirəliyevin hələlik vəzifəsində qalması, onun yerinə təyinatın olmaması məqsədəmüvafiq sayılıb. Bir sözlə, Şirəliyev böyük ehtimalla Azərbaycan tarixinə sonuncu Səhiyyə naziri kimi düşəcək”, - deyə mənbəmiz vurğulayıb.
O, hesab edir ki, sözügedən istiqamətdə qərar ən geci bu ilin sonunadək veriləcək.
Xatırladaq ki, O.Şirəliyev 2005-ci ildən hazırkı postu tutur. Onun gələn il 70 yaşı tamam olacaq.



Oqtay Şirəliyev əmr imzalayıb- Gələn ildən...
Oqtay Şirəliyevə yeni vəzifə verildi
Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi, Oqtay Şirəliyevsə…
Oqtay Şirəliyev yeni aparat rəhbəri təyin edib
Oqtay Şirəliyevdən xəbər var
Səhiyyə naziri koronaya görə istefa verdi
Novruz Məmmədov niyə istefa verdi? - Səbəb
Məşhur həkimə vəzifə verildi
Oqtay Şirəliyevdən növbəti TƏYİNAT
Fahreddin Koca Oqtay Şirəliyevə zəng vurdu
Oqtay Şirəliyevin oğluna vəzifə verildi
Nazirdən yeni təyinat
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 