Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist səfər etməli idi. Bu səfərə cavab olaraq noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfər edəcəyi də gözlənilir. Bir neçə gün öncə, noyabrın 17-də bir qrup erməni jurnalistin Bakıya gələcəyi barədə xəbəri “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də təsdiqləmişdi. Lakin noyabrın 17-nə gözlənilən səfər barədə heç bir informasiya verilmədi. Modern.az erməni jurnalistlərin Bakıya səfər edib-etmədiyi, həmçinin azərbaycanlı jurnalistlərin Ermənistana gedib-getmədiyi barədə məlumat öyrənməyə çalışıb. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev ölkədə omadığını bildirib: “Erməni jurnalistlərin Bakıya səfər edib-etmədiyi barədə məlumatım yoxdur. Heç özüm də ölkədə deyiləm”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məsələyə heç bir şərhinin olmadığını bir daha qeyd edib: “Erməni jurnalistlərin Bakı səfəri barədə heç bir məlumatım yoxdur. Onların nə üçün gəlib-gəlmədiyinə də münasibət bildirə bilməyəcəm. Eləcə də azərbaycanlı jurnalistlərin Ermənistana səfəri barədə məlumata malik deyiləm. Bu məsələyə hər hansı şərhim yoxdur”. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə məsələyə münasibət bildirəcəyini deyib: “Erməni jurnalistlərin qarşılıqlı səfəri barədə cavabım olacaq. Bir azdan bu barədə feysbuk səhifəmdə fikirlərimi yazacam”. Qeyd edək ki, erməni jurnalistlərin bəzi dövlət qurumlarına baş çəkəcəkləri və bir sıra görüşlər keçirəcəkləri bildirilir. Daha sonra azərbaycanlı jurnalistlərin də Ermənistana səfər edəcəyi söylənilir. Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.turkustan.info
Azərbaycanlı jurnalistlər bu gün İrəvana gedir?



Erməni jurnalistlər Bakıya GƏLİR
Azərbaycanlı jurnalistlər Qarabağda olublar
Elmar Məmmədyarov Moskvaya gedir, Lavrov isə Bakıya gəlir- XİN
Ukraynalı jurnalistlər Gəncədə səfərdədir
Xarici jurnalistlərin Qarabağa səfəri başladı
Moldova parlamentinin sədri Azərbaycana gəlir
Daha bir erməni nazir Xankəndinə QANUNSUZ SƏFƏR ETDİ
Aleksandr Bortnikov Ermənistana səfər etdi
Putin Bakıya gəlir
Azərbaycan 3 erməninin meyitini təhvil verdi
Makron Azərbaycana gəlir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 