Noyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Abşeron rayonunun Məmmədli kəndində şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim etdiyi tam təmirli iki otaqlı mənzillərdən birinin açarları şəhid ailəsinin üzvü Eldarova İradə Yusif qızına təqdim edilib. “Dünən bu barədə bizə zəng vurub xəbər edəndə sevincimizdən göz yaşlarımızı saxlaya bilməmişik. Neçə illər idi ki, Sabunçu rayonun Bakıxanov qəsəbəsində 9 nəfər qaynımın üç otaqlı evində yaşayırdıq. İllər keçir, uşaqlar böyüyür, kiçik otaqlar bu qədər ailə üzvünün tələbatını ödəyə bilmirdi”, - deyə İradə xanım sevincini Azərtac-ın müxbirin ilə bölüşüb. O, söhbətinə davam edərək deyib: “Bu yaxınlarda oğlum Ayazı nişanlamışıq. Onun harada, necə yaşayacağı məni o qədər narahat edir di ki... Ana ürəyidi də! Amma inanın ki, elə bil ürəyimə dammışdı ki, bizə bir nicat qapısı açılacaq. İndi çox məmnunam. Prezident İlham Əliyevə, bizə bu mənzilləri ayıran Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə, bu işdə zəhməti keçən hər kəsə ailəmiz adından böyük minnətdarlığımızı çatdırırıq. Dövlət bu addımı ilə bir daha göstərdi ki, heç kimi tək qoymur. Biz də arxamızda belə bir dövlətin olduğuna, ölkəmizdə insan amilinin yüksək tutulduğuna, vətəndaşların sosial ehtiyaclarını bu şəkildə qarşılandığına görə çox böyük qürur hissi duyuruq”. Xatırladaq ki, İradə Eldarova Qarabağ şəhidi Rasim Eldarovun həyat yoldaşıdır. Rasim 1993-cü il avqustun 23-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Şəhid ailəsinə Prezidentdən böyük jest



Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verildi
Nazirdən şəhid ailələrinə mənzil verilməsi barədə MÜHÜM AÇIQLAMA
Şəhid ailələrinə və müharibə əlillərinə ev verildi
Şəhid Asəf Nəsibovun ailəsinə mənzil verildi
Şəhid ailələri və Qarabağ əlillərinə 107 ev verildi
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi
Nazir: "Hər il 500-600 ailə mənzillə təmin ediləcək"
50 şəhid ailəsi və müharibə əlilinə ev verildi
Prezidentdən köçkünlərə bayram hədiyyəsi
Şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildi
Daha 30 mənzili şəhid ailələri və Qarabağ əlillərinə təqdim edildi
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə şad xəbər
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 