Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Asəf Səfəralı oğlu Nəsibovun ailəsi sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə,Abşeron rayonunda yeni yaşayış binalarından alınmış iki otaqlı mənzilin sənədləri Sosial Xidmətlər Agentliyinin rəsmisi və sosial tərəfdaş olan iş adamı Müşviq Həsənovun iştirakı ilə şəhidin atası Səfəralı Nəsibova təqdim edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, bu il dövlət hesabına 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu ilin planı üzrə artıq 500 mənzil sahiblərinə təqdim edilib.
Özəl sektorun nümayəndələri də sosial məsuliyyət, həmrəylik prinsipindən çıxış edərək şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramının genişlənməsinə öz töhfələrini verirlər. Şəhid Asəf Nəsibovun ailəsinə bu gün yeni mənzil təqdim edilməsi də bunun daha bir nümunəsidir.
Səfəralı Nəsibov dövlət başçısının şəhid ailələrinə yüksək diqqət və qayğısından razılığını ifadə edib. O bu gün yeni mənzillə təmin olunduğuna görə təşəkkürünü bildirib.



33 şəhid ailəsi və müharibə əlilinə mənzil verildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verildi
Şəhid ailələrinə və müharibə əlillərinə ev verildi
50 şəhid ailəsi və müharibə əlilinə ev verildi
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 100 mənzil verildi - VİDEO
Şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edildi
Daha 30 mənzili şəhid ailələri və Qarabağ əlillərinə təqdim edildi
Qarabağ əlillərinə daha 50 avtomobil verildi
Nazirdən şəhid ailələrinə mənzil verilməsi barədə MÜHÜM AÇIQLAMA
Şəhid ailələri və müharibə əlillərinə 140 mənzil və fərdi ev verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 