Nazirlər Kabinetinin Mətbuat xidmətinə yeni rəhbər təyin olunan İbrahim Məmmədov təyinatdan öncə ARB Media Qrupda rəhbər vəzifədə çalışıb. O, eyni zamanda sözügedən şirkətdə analitik verilişin aparıcısı olub. Bəs bu yeni təyinatdan sonra onun telekanalla əməkdaşlığı davam edəcəkmi? Məsələ ilə bağlı ONN media-ya danışan ARB Media Qrupun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli İ.Məmmədovun ARB-dəki işinə davam edəcəyini bildirib: “Ona yeni işində uğurlar arzulayırıq. Bu həmkarımıza göstərilən yüksək etimaddır və biz də əminik ki, İbrahim Məmmədov bu işin də öhdəsində uğurla gələcək. ARB Media Qrupundakı fəaliyyətinə gəlincə, bildirmək istəyirik ki, İbrahim müəllim telekanalımızda işini davam etdirəcək və eyni zamanda analitik verilişin müəllifi kimi efirdə olacaq”. O.İbrahimli ARB-də çalışan digər mətbuat xidmətləri rəhbərlərini də xatırladıb: “Telekanalımız mətbuat xidmətlərində çalışan peşəkar aparıcıların təcrübəsindən bəhrələnir. Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat ximətinin rəhbəri Anar Nəcəfli, Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva, Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə ARB TV və ARB24-də aparıcı kimi fəaliyyət göstərir. İbrahim Məmmədov da artıq yeni çalışdığı qurumla bununla bağlı razılığa gəlib və biz birgə işimizi davam etdirəcəyik”.
İbrahim Məmmədov ARB-dən ayrılıb? - Açıqlama



İbrahim Məmmədovun ailəsində AĞIR İTKİ
Rüfət Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ
Həftəsonu sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların sayı nə qədərdir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda 41 yeni yoluxma - RƏSMİ
190 manatla bağlı daha bir AÇIQLAMA: Məhdudiyyətlər olarsa...
Yoluxma azalsa, mayın 11-dən... - İbrahim Məmmədov
Baş nazir Space TV-də
Azərbaycanda vaksinasiya bu tarixdə başlayır - GÜNLƏR QALDI
190 manat yenə veriləcək? - RƏSMİ
Məhdudiyyətə görə sahibkarlara təzminat veriləcək?
47 min işçinin icazəsi ləğv edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 