Bu gün Bakının Yasamal rayonunda avtobus sürücüsü qadın sərnişinə qarşı xoşagəlməz hərəkət edib. ONN media bildirir ki, bu barədə vətəndaş BAKU.WS-in “qaynar xətti”nə şikayət edib. Şikayətçi bildirib ki, hadisə Yasamal rayonu ərazisində, “20 yanvar” metrosu yaxınlığında “İnşaatçılar” stansiyasına gedən istiqamətdə avtobus dayanacağında baş verib. Belə ki, B.Ə. adlı qadın iki uşaqla birlikdə 211 saylı avtobusa minmək istəyib. Uşağın birinin 4 yaşı, digərinin isə 1 yaşı var. Qadın gəzinti üçün nəzərdə tutulan və asan yığılan, kiçik ölçülü uşaq arabası ilə avtobusa minmək istəyib. Sürücü isə qadını və uşaqlarını avtobusa minməyə imkan verməyib. Sərnişinlər çox olduğu üçün qadın ön qapıdan salona daxil olub. Bu zaman sürücü qadını aldadaraq düşməsini və arxa qapıya yaxınlaşmasını bildirib. Qadın uşaqlarla və araba ilə birlikdə ön qapıdan düşərək arxa qapıya yaxınlaşsa da sürücü qapını bağlayaraq sürətlə dayanacaqdan uzaqlaşıb. Avtobusda olan sərnişinlər sürücüdən avtomobili saxlamasını tələb etsələr də bu bir nəticə verməyib. Hadisəni 211 saylı, 10 TF 965 dövlət nömrə nişanlı avtobusun sürücüsü törədib. Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirilib ki, məsələ araşdırılacaq və mütləq həmin sürücü barədə ölçü götürüləcək. Məsələni diqqətdə saxlayacağıq.
Bakıda avtobus sürücüsündən uşaqlı qadına qarşı insanlığa sığmayan hərəkət – RƏSMİ AÇIQLAMA



Bakıda biabırçılıq: Avtobus sürücüsü qadını döydü – VİDEO
Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı
Sürücü avtobusa maskasız minən sərnişini bıçaqladı - ŞOK VİDEO
Azərbaycanda qadın sürücü “parkovşik”i təpiklədi - VİDEO
“Bakı Bus”da HADİSƏ- Yaralı var
Yasamalda DƏHŞƏTLİ OLAY: Dayanacaqda qadının üzərinə ağac düşdü
Bakıda avtobus sürücüsü xəttə içkili çıxıb?
Bakıda avtobusa hücum olub: sürücü döyülüb, nəqliyyat vasitəsinin şüşəsi sındırılıb
Sərnişin avtobusu qəzaya uğradı- ÖLƏNLƏR VAR
DƏHŞƏTLİ OLAY - Həyat yoldaşını 12 metrdən aşağı atdı və...
“Bakubus” sürücüsü qəza törətdi
Bakıda qadın spirtdən həyatını itirdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 