Bir neçə gün əvvəl BDU-nun yataqxanasında zəhərlənərək həyatını itirən 20 yaşlı Şəkər Xasmətovanın dəfnində əmisi Seymur Xasmətovun vəziyyəti pisləşib. Oxu.Az xəbər verir ki, o, ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin burada həkimlər onun müalicəsinin Bakıda davam etdirilməsi ilə bağlı qərar qəbul ediblər. Bakıya aparılarkən S.Xasmətovun olduğu maşın Qusar-Quba magistralında qəzaya uğrayıb. Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir. Avtomobil yol kənarındakı nişana dəyərək, dərəyə yuvarlanıb. Hadisə nəticəsində Şəkər Xasmətovanın əmisi qızı ağır xəsarətlə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahi əməliyyat aparılıb. Hazırda müalicəsi reanimasiya şəraitində davam etdirilir. Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir. Ş.Xasmətova dünən doğulduğu Qusar rayonunun Xurel kəndindəki qəbirstanlıqda torpağa tapşırılıb.
Şəkərin dəfnində əmisinin vəziyyəti pisləşdi - Bakıya aparılarkən qəzaya düşdü



BDU -nun tələbəsi sabah dəfn olunacaq
BDU ölən tələbəni belə yad edir - FOTO
Azərbaycanda qorxunc hadisə - "Range Rover"i üstünə sürdü və...
Gömrük əməkdaşları qəzaya düşdü: ölən var - Yenilənib
"Son zəng"i qeyd edən məzunlar qəzaya düşdü
Daha bir nəfər qızılcadan həyatını itirdi
“BMW” dəhşətli qəzaya düşdü - YARALILAR VAR
Əməliyyat zamanı yaşlı qadın öldü
Keçmiş icra başçısı AĞIR QƏZAYA DÜŞDÜ
BDU-dan vəziyyəti pisləşən tələbələrlə bağlı AÇIQLAMA (YENİLƏNDİ)
Balakəndə bədbəxt hadisə- Şagird komaya düşüb öldü
DƏHŞƏTLİ OLAY- Ayı sakinə hücum etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 