Bəzi bitki yağlarının tərkibinə “pis” xolesterini artıra bilən və ürək-damar xəstəlikləri və diabet ilə nəticələnə bilən transyağlar daxildir.
ONN media bildirir ki, “Health.News” nəşrinin məlumatına əsasən, həkimlər oksidləşməyə ən davamlı və buna görə də ən təhlükəsiz məhsulları seçiblər. Liderlər sırasında kokos yağının da adı çəkilir. Həkimlərin dediyinə görə, bu yağın keyfiyyəti hətta səkkiz saat fasiləsiz qızdırmadan sonra da saxlanılır. Məhsulun oksidləşməyə davamlılığı onunla izah olunur ki, o, 90%-dən çox doymuş yağdan ibarətdir. Mütəxəssislər zeytun və avokado yağlarını da ən təhlükəsizlərin siyahısına salıblar. “Zeytun yağı kimi, avokado yağı da böyük miqdarda monodoymamış yağları ehtiva edir. O, olein turşusu ilə zəngindir ki, bu da bədəndə iltihabı azalda bilər. Bu yağ, həmçinin ürək üçün faydalıdır. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, avokado yağı ilə zəngin pəhriz qan təzyiqini azalda bilər”, - deyə nəşr yazır. Günəbaxan yağına gəldikdə isə, həkimlər onu həddində istifadə etməyi məsləhət görürlər. Tərkibində çox sayda omeqa-6 olduğundan, məhsul iltihablara səbəb ola bilər. O, həmçinin daha sürətlə oksidləşir, ona görə də qida məhsullarını bu yağda aşağı temperaturda qızartmaq lazımdır.(ölkə.az)Ən təhlükəsiz bitki yağları MƏLUM OLDU



Bitki yağları qorxulu xəstəliklər yaradır - Fikirləri alt-üst edən ARAŞDIRMA
"Zeytun yağı günəbaxandan heç də faydalı deyil" - Rus həkim
Uzunömürlülüyün SİRRİ bu məhsuldadır
Hansı bitki yağı arıqlamaq üçün ən faydalıdır?
Palma yağının zərərləri nədir?
Azərbaycanlıları məhv edən yağ
Məşhur insanların pəhrizləri bunlardır
Qaragilə bu dərdlərin dərmanıdır
Qara şokolad, yaşıl çay, avokado... - İnsanı cavanlaşdıran qidalar AÇIQLANDI
Üz dərisini cavanlaşdıran yağlar
Yağ qiymətləri niyə sürətlə qalxır?
Masamələri bu yağlarla sıxlaşdırın
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 