Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq universitetin öz məzunları üçün "BDU Xatirələrdə" və KİV nümayəndələri arasında elan etdiyi "100 ilin zirvəsində" adlı müsabiqənin nəticələri açıqlanıb.
Yazılar universitet nümayəndələrinin və bəzi KİV rəhbərlərinin təmsil olunduğu Münsiflər heyəti tərəfindən qiymətləndirilib.
KİV nümayəndələri arasında elan edilmiş "100 ilin zirvəsində" adlı müsabiqədə 1-ci, 2-ci və 3-cü yerin ümumilikdə altı nəfər qalibi müəyyənləşib. Digər 4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov "Bu universitet bir palıd ağacına oxşar ki..." adlı yazısına görə 1-ci yerə layiq görülüb. RealTV-nin xüsusi müxbiri Ləman Ələşrəfqızı "Mənim Universitet xatirələrim" və Lent.az saytının xüsusi müxbiri Səbuhi Məmmədli "Güllələnən 4 rəhbər, Uruqvaydan məktub, Moskvaya qəfil teleqram" adlı yazılarına görə 2-ci, Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova "Mənim doğma universitetim", "525-ci qəzet"in əməkdaşı Sevinc Qarayeva "Əsrin zirvəsində parlayan elm ocağı" və "Yeni Azərbaycan" qəzetinin əməkdaşı Aqşin Şahinoğlu "Azərbaycan təhsilinin flaqmanı. İlk milli universitetimiz 100 yaşında" adlı yazılarına görə 3-cü yerin qalibi olublar.
1-ci yerin qalibinə 1000, 2-ci yerin qaliblərinin hər birinə 500, 3-cü yerin qaliblərinə isə 300 manat pul mükafatı və universitetin xüsusi diplomu nəzərdə tutulub.
Azərbaycan radiosunun əməkdaşı Zaur Rzayev "İllərin tarixi" adlı radioverilişinə, "İqtisadiyyat" qəzetinin əməkdaşı Mətanət Hüseynova "BDU 100 ilin zirvəsində", Məktəbguşəsi.az saytının əməkdaşı Orxan Qəriman "Sarsılmaz məbəd – Bakı Dövlət Universiteti 100" və müstəqil jurnalist Aytəkin Alxaslı "Müqəddəs məkanım mənim" adlı yazılarına görə 200 manat mükafatı və universitetin xüsusi diplomuna layiq görülüblər.
Bundan əlavə, müsabiqəyə yazı təqdim edən Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi, "Olimpiya dünyası" qəzetinin əməkdaşı Kənan Novruzov "100 ilin zirvəsində", Heydər Əliyev adına liseyin 10-cu sinif şagirdi Nuray Məmmədli isə "Qovuşacağımız günə az qaldı" yazılarına görə fərqləniblər.
Münsiflər heyəti, eyni zamanda, Bakı Dövlət Universitetinin məzunları arasında elan edilmiş "BDU Xatirələrdə" müsabiqəsinin qaliblərini də müəyyən edib. 1-ci yerə Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2002-ci il məzunu, Mingəçevir Dövlət Universitetinin əməkdaşı Cəmilə Musayeva, 2-ci yerə Tarix fakültəsinin 2007-ci il məzunu, Türkiyə Respublikası, Diyarbəkir Əmniyyət Müdürlüyü Güvənlik Şöbə Müdürlüyünü əməkdaşı İbrahim Karataş, 3-cü yerə isə Jurnalistika fakültəsinin 1994-cü il məzunu, "Paralel" qəzetinin əməkdaşı Nigar Vaqifqızı layiq görülüblər.
Qaliblərdən bəzilərinin yazısı "Bakı Universiteti" qəzetinin "BDU-100" xüsusi buraxılışında dərc olunub.
Qaliblər xüsusi tədbirdə mükafatlandırılacaqlar.



BDU məzunları üçün müsabiqə elan etdi
9 yaşında universitet məzunu oldu, sonra isə...
Sosial şəbəkələrdə yayılan bu elan müzakirələrə səbəb oldu
Qarabağın yenidən qurulması üçün layihələr müəyyən edildi
Bu ölkədə Azərbaycan dilinin tədrisinə başlanıldı
Nəsimiyə həsr olunan xalça sərgisi açılacaq
Bakıda universitet tələbələrinə XƏBƏRDARLIQ
Qurban Qurbanov mükafatlandırıldı
KİVDF qəzetlərlə bağlı qərar verdi
Bakıda bu məktəb və liseylərin məzunları qızıl və gümüş nişanlara layiq görülüb - SİYAHI
Elm Gününə həsr olunan “Magistr-2019” müsabiqəsinin nəticələri açıqlanıb
Bakıda “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə elan olunub
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 