ONN media xəbər verir ki, sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində dahi söz ustadına həsr olunan xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq. Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunan xalçalar, həmçinin təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi kreativ xalça eskizləri nümayiş olunacaq. Müsabiqə barədə jurnalistlərə müsahibə verən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, ölkə başçısının dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı və 2019-cu ili “Nəsimi ili” elan edilməsindən sonra muzey bu ilə töhfə vermək məqsədilə belə bir müsabiqə elan edib. Müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak ediblər. Müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya və digər ölkələr qatılıb. 51 eskiz arasından 3-ü qalib seçilib. Açılacaq sərgidə qalib olan xalçalarla bərabər, müsabiqəyə təqdim olunan bütün eskizlər də nümayiş olunacaq. Müsabiqədə Fatimə Axundzadənin “Nəsim yeli” eskizi I yer, Rühəngiz Bağırovanın “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı işi II yer, Sürəyya Dadaşovanın “Göz yaşı” əsəri isə III yeri tutub. Müsabiqədə I və II yerlərin qaliblərini münsiflər heyəti müəyyən edib. III yerin qalibi isə muzeyin "Facebook" səhifəsində ən çox tamaşaçı səsi toplamış eskizin müəllifi olub. Hər üç qalib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələridir.
Nəsimiyə həsr olunan xalça sərgisi açılacaq



“Nəsimi İli” ilə bağlı əmr imzalandı
Ermənilərin Şuşadan çıxardıqları xalçalar İrəvanda
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
Şuşa azad olunandan sonra Qarabağda ilk xalça toxundu
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir
İçərişəhərə giriş məhdudlaşdırılacaq
Azərbaycan Yaponiyaya xalça tədarük edəcək
Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi
Azərbaycan Xalça Muzeyində Novruz hazırlığı
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 