Bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur, eyni zamanda, biz bunu digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırdıq.
ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində deyib.
"Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür,- bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni, bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir. Yəni, bu layihələrə, sadəcə olaraq, enerji layihələri kimi baxmaq düzgün olmaz. Onu da bildirməliyəm ki, bizim enerji layihələrimiz digər layihələrə də yol açdı. İki il bundan əvvəl əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Bakıda Bakı-Tiflis-Qars dəmir yolunun açılışını qeyd etdik. Hazırda Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə həm Azərbaycanın, həm Orta Asiya ölkələrinin, həm də Əfqanıstanın və Çinin yükləri daşınır. Bu dəmir yolu qitələri birləşdirir. Necə ki, bizim boru xətlərimiz. Digər layihə elektrik enerjisinin ötürülməsidir. Artıq Azərbaycan Gürcüstana və Türkiyəyə elektrik enerjisini ixrac edir. Əgər enerji layihələri, yaşadığımız bölgədə sabitlik, qarşılıqlı dəstək, anlaşma olmasaydı, bunların biri də həyata keçməzdi", - dövlət başçısı qeyd edib.



İlham Əliyev: Bu layihə daha böyük anlaşmaya yol açacaq
Əliyev və Ərdoğan TANAP-ın açılışında
Preziden TANAP-ın yeni hissəsinin açılışında
İlham Əliyev: Dünyanın enerji xəritəsində Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb
TANAP-ın açılış mərasimi keçirilib - VİDEO
İlham Əliyev: "Türkiyə-Azərbaycan qardaşlığı olmasaydı, TANAP layihəsi kağız üzərində qala bilərdi"
“Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir”- İlham Əliyev
Prezident:"Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq"
İlham Əliyev: Bu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcək
Əliyev və Ərdoğan TANAP-ı işə salacaq
Türkiyə və Azərbaycan arasında dostluq GÜCLƏNİR
İlham Əliyev: Azərbaycanla Avropa İttifaqı arasında fəal dialoq mövcuddur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 