Araşdırmalarda acı yeməkləri sevənlərin xaraktercə sərt, şirin təamları sevənlərin isə mülayim olduğu üzə çıxıb. Türkiyəli lor cərrah Esin Yalçınkaya qoxu duyğusunun insanın daxili instinkti ilə bağlı olduğunu ifadə edərək, ana ilə körpə arasındakı bağın qurulmasında və ya aşiq olduğumuz insanda qoxunun əhəmiyyətli yeri olduğunu söyləyib. Cərrah qoxu hissinin insanın xoşbəxtliyi üzərində də təsirli olduğunu vurğulayaraq, qoxu qabiliyyəti zəif olanların xoşbəxtlik stimulunun, hissiyyatı güclü olanlarla müqayisədə aşağı olduğunu bildirib. Yalçınkaya qoxuların yaddaşı təzələmək və gücləndirmək funksiyaları olduğunu da nəzərə çatdırıb: “Altsheymer hər şeyi unutmaq deməkdir. Bu xəstəliyin ilkin əlamətlərindən biri odur ki, iybilmə duyğusu sıradan çıxır. Bədən qoxusunun dəyişməsi də bəzi xəstəliklərin əlaməti ola bilər. Məsələn, metabolik xəstəliklərdən xəbər verə bilər”.
Ekspert qoxunun dadla sıx əlaqəli olduğunu və qoxu duyumu olmayan insanların dad alma duyğusunun da olmadığını qeyd edib. Daha sonra o, yemək üstünlüklərinə görə fərdi xüsusiyyətlərin dəyişdiyini ifadə edib: “Elmi araşdırmalar göstərir ki, acı sevənlər sərt, şirinə üstünlük verənlər isə mülayimdir. Eyni zamanda ədviyyatlı yemək sevənlərin həyəcan axtarışında olduğu deyilir. Dad duyğusu bədənin ehtiyaclarını anlamağa kömək edir. Məsələn, ürəyimiz şirin və ya duzlu bir yemək istəyirsə, deməli, bədənimiz buna ehtiyac duyur. Odur ki, insanlar dad duyumlarına güvənməlidir. Ancaq qidaların genetikası hazırda dəyişdirildiyi üçün bu, bir az çaşdırıcı ola bilər”.İybilmə duyğusu zəifləyibsə...



Koronavirusdan sonra iybilmə duyğusu qayıtmazsa - BUNU EDİN
Dad və qoxu hiss etmirəm, koronavirusa yoluxmuşam? - VACİB AÇIQLAMA
Ətri günün hansı saatlarında almaq lazımdır? - Fəxriyyə Xələfova açıqladı
Ağız qoxusunun qarşısını alan İNANILMAZ ÜSULLAR
Qriplə koronavirusu bir-birindən necə fərqləndirməli?
Koronavirusun 6 forması müəyyənləşdi - ƏLAMƏTLƏR
Dünyanın ən pis 5 QOXUSU
Ağız qoxusunun qarşısını alan SADƏ QAYDALAR
Bakını kəskin qoxu bürüməsinin səbəbkarı kimdir? - VİDEO
Bakı metrosunda HƏYƏCANLI ANLAR
Ağızda quruluq bu 5 ciddi xəstəliyin əlamətidir
Koronavirusun YENİ ƏLAMƏTLƏRİ: Bunlar sizdə varsa, dərhal karantinə girin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 