“Saç boyası xərçəngə səbəb olurmu” sualının cavabı milyonlarla qadını maraqlandırır. Mütəxəssislər bu sualın cavabını qismən tapıb.
ONN media publika -ya istinadən xəbər verir ki, son aparılan tədqiqatlar mütəmadi olaraq boyanan və kimyəvi saç düzəldicilərindən istifadə edən qadınlarda döş xərçənginin daha geniş yayıldığını iddia edib. Bu barədə ABŞ Milli Sağlamlıq İnstitutu 46 min 709 qadının iştirak etdiyi araşdırma aparıb. Mütəmadi olaraq saçlarını boyayan qadınlarda döş xərçəngi riskinin boyamayanlardan yüksək olduğu üzə çıxıb.
Hər 5-8 həftədən bir saçlarını boyayan Afrika əsilli amerikalı qadınlarda süd vəzi xərçənginin yaranma riskinin 60 faiz, ağ dərili qadınlarda isə 8 faiz olduğu sübuta yetirilib.
Tədqiqatda o da məlum olub ki, hər 5-8 həftədən bir kimyəvi saç düzəldicilərindən istifadə edən qadınlarda döş xərçənginin inkişaf etmə riski 30 faizdir.
Maraqlıdır ki, mütəxəssislər yarıqalıcı və ya daimi olmayan saç boyaları ilə döş xərçəngi arasında əlaqənin olmadığını irəli sürüb. Tədqiqat qrupunun rəhbəri Aleksandra Vayt saç boyalarının döş xərçənginə təsir səbəbinin tapılmadığını söyləyib:
“Mütəxəssislər uzun müddətdir saç boyası və xərçəng arasındakı mümkün əlaqəni araşdırsa da, nəticələr uyğun deyildi. Tədqiqatımızda saç boyası istifadəsinin döş xərçəngi riskini artırdığını gördük. Təsiri xüsusilə də Afrika əsilli amerikalı qadınlarda daha güclüdür”.



Saç boyalarının QORXUNC TƏHLÜKƏSİ
Bu adamlar nadir hallarda şəkərə tutulur
Bu ədviyyat acı xatirələri silir
Süd vəzi xərçənginin əlamətləri nədir?
Arıqlama həbləri bu xəstəliklərə səbəb olur
Dərini cavanlaşdıran və qocaldan məhsullar
Hamiləlik zamanı epilepsiya - DİQQƏT!
Ağız xərçənginin ilk əlamətləri nədir?
İnfarkt hansı hallarda baş verir?
Vaksinlər sonsuzluq yaradırmı? - Professordan İLKİN NƏTİCƏLƏR
Kardioloqlar təhlükəli simptomları açıqladı
Bu tərəvəz prostat xərçənginin qarşısını alır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 