Hazırda xəstəxanada həkim nəzarətindəyəm. ONN media xəbər verir ki, bunu ürəyindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Xalq artisti Ceyran Haşımova deyib. “Hansı xəstəxanada olduğumu demək istəmirəm. Amma vəziyyətim normaldır. Təzyiqim qalxıb-düşür. Hələlik ölmürəm. Gəldiyimiz kimi, nə vaxtsa bu dünyadan gedəcəyik. Heç nədən qorxmuram. Hələ ki, xəstəxanadayam. Çünki bir gün yaxşı, o biri gün isə pis oluram. Ona görə də nə vaxt evə buraxılacağımı dəqiq bilmirəm. Ümumiyyətlə, bu probem çoxdan məndə var. Keçən il də xəstəxanada yatmışam. İldə iki dəfə xəstəxanada müalicə almalıyam. Bu il tənbəllik edib getmədim. Ona görə, halım pisləşdi. Problemim sırf ürəklə, vitamin və qida çatışmazlığı ilə bağlıdır. Yaş öz sözünü deyir. Artıq 85 yaşım var”, - deyə Xalq artisti bildirib. Ceyran Haşımova sənət dostlarının onunla maraqlandığını qeyd edib: “Bütün sənət dostlarım zəng etdi, mesaj yazıb dua edənlər də oldu. Hər biri məni çox sevir. Onların bu cür münasibəti və sevgisi də məni yaxşı edir. Hamısına təşəkkür edirəm”.
Xəstəxanaya yerləşdirilən Xalq artisti: Həkim nəzarətindəyəm, hələlik ölmürəm



Xalq artisti Arif Babayevin vəziyyəti açıqlanıb
Rasim Balayev xəstəxanaya yerləşdirildi
Xalq artisti infarkt keçirdi - Vəziyyəti ağırdır
Xalq artisti xəstəxanaya yerləşdirildi
Xalq artisti xəstəxanaya yerləşdirildi
Koronavirusa yoluxan Niyaməddin Musayevdən XƏBƏR VAR
SON DƏQİQƏ: Xalq artisti koronavirusa yoluxdu: Xəstəxanaya yerləşdirildi
Xalq artisti xəstəxanaya yerləşdirildi
Xalq artisti iynədən şoka düşdü
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 