ONN İnformasiya Agentliyi

Putinin təbliğatçıları Köçəryana azadlıq istədi

Putinin təbliğatçıları Köçəryana azadlıq istədi
19-12-2019, 13:15

Rusiyanın erməni əsilli mədəniyyət xadimləri Ermənistanın eks-prezidenti Robert Köçəryanın azadlığa buraxılması bəyanatıyla çıxış ediblər. ONN media xəbər verir ki, bu barədə məlumat Robert Köçəryanın Azad Edilməsi Komitəsinin Feysbuk səhifəsində yer alıb. “Biz hüquqi qiymət vermirik, hakim və ya arbitr rolunu oynamırıq. Bizim hər birimiz öz işimizlə məşğuluq. Biz məhkəmə çəkişməsi tərəfi deyilik. Lakin biz ermənilərik, erməni köklərimiz var və bizi Ermənistanın mənəvi-psixoloji atmosferi qayğılandırır”, – deyə bəyanatda bildirilib. Qeyd edək ki, bəyanata Aleksandr Akopov, Roman Babayan, Tina Kandelaki, Tiqran Keosayan, Stas Namin, Marqarita Simonyan, Sati Spivakova, Dmitri Xaratyan, Karen Şahnəzərov imza atıblar. Bu şəxslərin böyük əksəriyyəti Putinin təbliğatçısı kimi tanınır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png