Mən düşünmürəm ki, xalqın küçələrə çıxmasının əsas səbəbi Paşniyanın çağırışı olub. Hesab edirəm ki, erməni xalqı öz iradəsi ilə küçələrə çıxıb, qatilin azadlığa çıxmasına etiraz edir.
ONN media xəbər verir ki, bu sözləri Ermənistanda başlayan aksiya haqqında danışan politoloq Qabil Hüseynli deyib. O bildirib ki, xalq təkcə Köçəryanın azadlığa çıxmasına deyil, həm də Rusiyanın ölkələrinin daxili işlərinə qarışmasına etiraz edir:
“Erməni xalqı Robert Köçəryana qarşı aksiya keçirməklə düzgün hərəkət edir. Əli günahsız azərbaycanlıların qanına batmış caninin, həmçinin Ermənistanın özündə 2008-ci il mart hadisələrində nümayişçilərə atəş əmri verən və təxminən 11 nəfərin ölümünə səbəb olan bir şəxsin azadlığa çıxması yolverilməzdir. Köçəryan hakimiyyətdə olduğu müddətdə milyonlarla dolları dövlət büdcəsindən mənimsəyib. Ermənilər hələ yaşananları unutmayıb. Xalq əslində həm də Paşinyanın Putin qarşısında olan acizliyinə etiraz edir. Bu etirazlar İrəvan daxilində hələ çox problemlərə səbəb olacaq. Qəzəbli xalq illərdir bu anı gözləyirdi. Xalq Paşinyanı hakimiyyətə gətirməklə Ermənistanın dəyişəcəyini, inkişaf edəcəyini zənn edirdi, lakin o, xalqın inamını doğrultmadı. Bütün bunların fonunda xalq ayağa qalxdı. Hesab edirəm ki, bu aksiyaların davamlı olması Ermənistanın parçalanmasına və daxili savaşın çıxmasına gətirib çıxara bilər”.
Qeyd edək ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın çağırışı ilə əhali Köçəryanın azadlığa buraxılmasına etiraz olaraq məhkəmə binalarına giriş-çıxışları bağlayıb.



Köçəryanın tərəfdarları yeni aksiya keçirdi
Ermənilər hakimiyyətə qarşı ayağa qalxır
Köçəryan tərəfdarları aksiyalara başladı
Nikol xalqı küçələrə çıxartdı- Məqsədi nədir?
Ordumuzun hücumuna Köçəryan hüquqi zəmin yaradacaq
Robert Köçəryan həbs olundu
Beyrutda anti-erməni aksiyası keçirilir
Tiflisdəki aksiya ilə bağlı növbəti qərar
Erməni hərbçilərin qohumları etiraz aksiyası keçirir
Rusiya kanallarında Paşinyanla bağlı biyabırçılıq
5,5 mindən çox insan küçələrə axışdı
İrəvanda etiraz başladı - Polis mühasirəyə aldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 