Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin səsvermə mərhələsi başa çatıb. ONN media xəbər verir ki, saat 19:00-da seçki məntəqləri bağlı elan edilib. Hazırda məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin hesablanmasına başlanılacaq. Məntəqə seçki komissiyaları yekun protokol hazırlayıb onu DSK-lara göndərəcək. Qeyd edək ki, bu gün respublikada bələdiyyə seçkiləri keçirilib. 118 seçki dairəsi üzrə (işğal olunmuş əraziləri təmsil edən 7 dairə seçki komissiyası istisna olmaqla) 5049 seçki məntəqəsi mövcuddur. Səsvermə hüququ olan seçicilərin sayı 4 972 356-dır. Bu sayda seçicinin adı seçici siyahılarına daxil edilib. Seçki nəticəsində ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15 106 bələdiyyə üzvü seçiləcək. Bu mübarizəyə 41 462 namizəd qoşulub. Səsverməni müşahidə etmək üçün ümumilikdə 52 636 müşahidəçi qeydə alınıb. Onlardan 1512-si MSK-da, 51 124-ü dairə seçki komissiyalarında qeydiyyatdan keçib. MSK-da qeydiyyatdan keçən müşahidəçilər ölkə üzrə, DSK-larda qeydiyyatdan keçən müşahidəçilər isə həmin dairənin hüdudları daxilində müşahidə apara biliblər. MSK gün ərzində beş dəfə 10:00, 12:00, 15:00, 17:00-da məlumatlar açıqlayıb. Hələlik sonuncu hesabat saatına (19:00) dair məlumat açıqlanmayıb.
Səsvermə başa çatdı



Məzahir Pənahovdan seçki ilə bağlı açıqlama
Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə YEKUN VURULDU
Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
Bələdiyyə seçkilərində bu iki məntəqənin nəticələri ləğv edildi
Bələdiyyə seçkilərinin bu mərhələsi dayandırıldı
Prezident seçkiləri ilə bağlı bu prosedur BU GÜN başa çatır
Bələdiyyə seçkilərinin İLKİN NƏTİCƏLƏRİ AÇIQLANDI
Sabahdan seçki bülletenlərinin çapına başlanılacaq
Bələdiyyə seçkiləri başladı
Azərbaycanda dairə seçki komissiyaları təşkil edildi
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək
Azərbaycanda parlament seçkilərinə səsvermə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 