Ölkəmizdə keçirilən bələdiyyə seçkilərində qadınların aktivliyi təqdirəlayiqdir. Hesab edirəm ki, bu aktivlik digər sahələrdə də özünü göstərməlidir. Çünki qadınların aktivliyi ölkənin inkişafında çox mühüm rol oynaya bilər. ONN media xəbər verir ki, bu sözləri axar.aza açıqlamasında YAP-çı millət vəkili Elman Nəsirov builki bələdiyyə seçkisində qalib gələn qadınların ölkə tarixində ilk dəfə seçilən şəxslərin 38,81%-ni təşkil etməsi haqqında danışarkən deyib. O bildirib ki, bu günə qədər keçirilən seçkilərdə qadınların bu qədər aktivliyi qeydə alınmamışdı: “Bu onu göstərir ki, ölkədə gedən islahatlar xanımların siyasi arenada təmsilçiliyinə yol açır. Yəni artıq qadınlar həm passiv, həm də aktiv seçki hüququndan istifadə edirlər. Düşünürəm ki, bu aktivlik növbədənkənar parlament seçkilərində də olmalıdır. Çünki qadınların azad şəkildə öz seçki hüququndan aktiv istifadə etməsi qürurverici haldır. Həmçinin, bu, bütün dünyaya göstərir ki, ölkəmiz gender bərabərliyinə önəm verir və Azərbaycan qadını ölkənin ictimai-siyasi, iqtisadi və biznes həyatında fəal rol oynayır. Hesab edirəm ki, tendensiya davam edəcək və biz bunu parlament seçkilərində də müşahidə edəcəyik”. YAP-ın Milli Məclisin V çağırış deputatı olan Aydın Mirzəzadə də qadınların bələdiyyə seçkilərində uğur qazanmasını yüksək qiynmətləndirib: “Bu onun göstəricisidir ki, qadınlarımızın ölkənin ictimai-siyasi həyatında və idarə edilməsində rolu günü-gündən artır. Qadınlarımızın təhsil, intellektual səviyyəsi kifayət qədər yüksəkdir. İdarəetməyə öz potensialını göstərə biləcək qadın nümayəndələr də çoxdur. Qadınların əvvəlki seçkilərə nisbətən daha çox seçilməsi onu göstərir ki, cəmiyyət aktiv qadınların irəli çəkilməsində maraqldır. Qadın ilk növbədə ailə dəyərlərinin, cəmiyyətdə sülhün qorunmasında maraqlıdır və onun təklifləri də şübhəsiz ki, bu istiqamətdə addımların daha çox atılmasına töhfə verəcək. Yerli idarəetmə orqanlarında qadınların olması ona gətirib çıxaracaq ki, bələdiyyələr ailə faktoruna çox ciddi əhəmiyyət verəcək, sosial, səhiyyə, təhsil məsələlərini daha çox diqqətdə saxlayacaq. Ona görə də bu sahədə qadınların seçilməsinə çox sevinirəm və hesab edirəm ki, qadınlarımız bu etimadı doğruldacaq və nümunə olacaqlar”. A.Mirzəzadə parlamentdə də qadın deputatların sayının artması gərəkdiyini bildirib: “Şəxsən mən öz dairəmdə səsvermə hüququmdan istifadə edərkən qadın namizədə səs verəcəm. Parlamentimizdə qadınların sayının artmasını arzulayıram. Bələdiyyə seçkiləri ilə bağlı dediyim fikirlər parlament seçkilərinə də aiddir. Baxmayaraq ki, V çağırış Milli Məclisdə 18 qadın deputat fəaliyyət göstərirdi, amma onların hər biri yetərincə aktiv idi və ciddi məsələlərə toxunur, qəbul edilən qanunların əhəmiyyətini önə çəkir, seçicilərlə daha yaxşı işləyirdilər. Qadın deputatlar həmçinin büdcədə sosial istiqamətli layihələrin olmasını vacib sayırdılar. Hesab edirəm ki, istənilən parlamentdə, eləcə də Azərbaycan parlamentində qadın deputatların sayının çox olması ancaq fayda verə bilər”. Qeyd edək ki, bir neçə gün öncə “Qlobal gender bərabərsizliyi indeksi” reytinqi açıqlanıb. Həmin reytinqdə siyasi təmsilçilik kateqoriyasında Azərbaycan 153 ölkə arasında 140-cı yeri tutub. Parlamentdə qadınların təmsilçiliyi baxımından isə Azərbaycan 107-ci yerdə qərarlaşıb. Üstəlik, Azərbaycan bir nəfər də qadın nazirin olmadığı 10 ölkədən biri sayılıb.
YAP-çı deputatlar alqışladı: Mən ona səs verəcəm!



Parlament seçkiləri ilə bağlı 7 nəfərin namizədliyi təsdiq olundu
Təşkilatçılıq yüksək səviyyədə idi - Predraq Kojul
Ceyhun Bayramov səs verdi
Ermənistanda seçkilər başa çatdı
YAP-dan seçkilərlə bağlı MSK-ya MÜRACİƏT
Bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin - DİQQƏT!
Qadınların çox danışması sağlamlıqları üçün...
Qadınlar haqqında bilmədiyiniz 12 FAKT
Azərbaycan qızları ilə bağlı maraqlı fakt — Özlərindən böyük kişilərə aşiq olanların sayı artıb
Azərbaycanda parlament seçkilərində səsvermə başa çatdı
Qadınların pensiya yaş həddi yenidən artırılacaq
Azərbaycanda qadınların sayı azalır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 