Bu gün Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Aqil Quliyev, Kənd Təsərrüfatı Naziriliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədova və Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Nərimanov rayonu ərazisində (Gənclik metro stansiyasının yaxınlığı) təşkil olunan “Kənddən Şəhərə” Qış yarmarkasına baş çəkiblər. Nazirlikdən ONN media -ya verilən məlumata görə, fermerlər və alıcılarla həmsöhbət olan rəsmilər yarmarkanın fəaliyyəti və məhsulların qiymətləri ilə maraqlanıblar. “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədova jurnalistlərə açıqlamasında yarmarkaların təşkilindəki məqsədlərdən danışıb: “Bakı və Abşeron ərazisində 5 fərqli ünvanda fəaliyyət göstərən “Kənddən Şəhərə” Qış yarmarkaları yerləşdikləri ünvanlar üzrə müvafiq İcra Hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilir. Yarmarkanın əsas məqsədi yerli kiçik və orta fermer təsərrüfatlarına məhsullarını birbaşa satmalarını üçün şərait yaratmaq, həmçinin bazarda olan məhsulların qiymətlərinə müsbət mənada təsir etməkdir. Burada satışı birbaşa fermerlər özləri həyata keçirirlər. “Kənddən Şəhərə” yarmarkaları mütəmadi olaraq hər həftəsonu keçirilir. Ancaq hal-hazırda bayramla əlaqədar Bakı və Abşeron ərazisində 5 fərqli ünvanda yarmarkalar fəaliyyət göstərməkdədir. Biz cari ildə yarmarkaların sayını 5-ə çatdırmağı hədəfləmişdik və bu hədəfimizə də çatdıq. “Kənddən Şəhərə” Qış yarmarkalarında həftəsonu yarmarkalarından fərqli olaraq qidalanma guşələri, eləcə də uşaqlar üçün əyləncə və yaradıcılıq guşələri də təşkil etmişik. Biz gələcəkdə də digər dövlət qurumları ilə əməkdaşlıq edərək maraqlı konseptdə yarmarkalar təşkil etməyi planlaşdırırıq”. Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov isə yarmarkadakı məhsulların münasib qiymətlərlə təklif edildiyini vurğulayıb: “Burada məhsullar digər bazarlardan daha münasib qiymətə satışa çıxarılır. Eyni zamanda, məhsulların keyfiyyətinə nəzarət edilir. “Kənddən Şəhərə” yarmarkasından həm alıcılar, həm də satıcılar razıdırlar. Satıcılar məhsullarını ödənişsiz bir məkanda satışa çıxardıqları üçün, alıcılar isə münasib qiymətlərlə keyfiyyətli məhsullar əldə etdikləri üçün məmnundurlar”. Daha sonra yarmarka ərazisində quraşdırılan səhnədə “Cığır” İctimai Birliyini təmsil edən uşaqlar teatral və musiqili kompozisiyalarla çıxış ediblər. Qeyd edək ki, “Kənddən Şəhərə” Qış yarmarkası 21-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Bakı və Abşeron ərazisində 5 fərqli ünvanda təşkil olunur. Yarmarkanın təşkilində əsas məqsəd bayram ərəfəsində süni qiymət artımının qarşısını almaq, aztəminatlı əhalinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını sağlam və münasib qiymətli məhsullarla ödəmək, yerli kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. “Kənddən Şəhərə” Qış yarmarkası Nərimanov rayonundan başqa Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (Space TV-nin yaxınlığı), Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsində (Neftçilər parkının yanı), Xırdalan şəhəri Heydər Əliyev prospekti 41A və Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B (İnqilab kinoteatrının yanı) ünvanlarında 30 dekabr tarixində qədər davam edəcək.
“Kənddən Şəhərə” Qış yarmarkaları keçirilir



Bakıda bu ünvanlarda yarmarkalar olacaq
Bakıda yarmarkalar bu ünvanlarda olacaq
Bakı və Abşeronda Novruz yarmarkaları açıldı - BU ÜNVANLARDA
Bakıda Novruz yarmarkaları keçiriləcək
Bu ərazilərdə kənd yarmarkası başlanır
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək
Şənbə və bazar “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq - ÜNVANLAR
“Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək
Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək
“Kənddən şəhərə” həftəsonu yarmarkaları keçiriləcək
Bakı və Abşeronda “Kənddən Şəhərə” Qış yarmarkası keçiriləcək
"Aqrar Tədarük və Təchizat" ASC -nin İdarə Heyətinin sədr vəzifəsinin icrası Aqil Quliyevə tapşırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 