Təxminən 10 gün əvvəl - 2019-cu ilin dekabrın 30-da Bakıya yeni “Bugatti Chiron” markalı avtomobil gətirilib. ONN media azpolitika.info-ya istinadən xəbər verir ki, təqdim olunan fotolardan belə məlum olur ki, avtomobil "Silk Way" aviaşirkəti vasitəsilə gətirilib. Avtomobili kimin gətirdiyi bizə məlum olmasa da, qiymətinin fantastik olduğunu söyləyə bilərik. Belə ki, 2016-cı ildən istehsalına başlanan “Bugatti Chiron” markalı avtomobilin qiyməti 2,5 milyon avrodan, yəni 5 milyon manatdan başlayır. Avtomobil alınarkən ödənilən vergiləri, daşınma və gömrük rüsumunu da (avtomobilin ən aşağı qiymətə alındığı qəbul olunsa, minimum 1,7 milyon manat rüsum ödənilməlidir) və digər kiçik xərcləri də nəzərə alsaq, “Bugatti Chiron”un Bakya gəlib çıxması üçün sifarişçisinin ən azı 7-8 milyon arası vəsait ödədiyini söyləyə bilərik. Qeyd edək ki, Fransanın “Bugatti” şirkəti tərəfindən istehsal olunan “Chiron” modeli dünyadakı ən sürətli hiper-avtomobil hesab olunur. Mühərriki 1500 at gücündə olan avtomobilin sürəti saatda 420 kilometrdir. Ancaq 2018-ci ildən sonra istehsal olunan “Bugatti Chiron” modelində sürətin saatda 443 kilometrə qədər artırıldığı bildirilir. Avtomobil bu sürəti cəmi 9 saniyədə yığır. Onu da qeyd edək ki, “Bugatti” şirkəti “Chiron” modelindən cəmi 500 ədəd buraxmağı planlaşdırıb. İndiyə qədər bu modeldən neçə ədədini istehsal edərək satdığı haqda məlumat olmasa da, birinin artıq Azərbaycana gətirildiyi məlumdur.
7 milyonluq avtomobil Bakıda - FOTOLAR



Bakıya gətirilən 8 milyonluq “Bugatti” ilə bağlı RƏSMİ AÇIQLAMA
2018-ci ilin ən yaxşı 5 avtomobili məlum oldu - SİYAHI
Ronaldo üçün hazırlanan 11 milyonluq avtomobil
Dünyanın ən bahalı avtomobili kimi tarixə düşdü - Sahibi BƏLLİ OLDU
Bu qurumlar maşınlarını satır
Dünyada ən çox bu avtomobillər satılır
Maşın almaq istəyənlərə PİS XƏBƏR
Azərbaycanda 41 milyonluq maşın satıldı
Ölkədə avtomobil istehsalı rekord həddə çatır
Azərbaycana idxal olunan avtomobillərin sayı məlum oldu
Prezident sərəncam imzaladı, 6,4 milyon manat ayrıldı
Prezident sərəncam imzaladı: 4,9 milyon manat ayrıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 