Respublika Narkoloji Mərkəzinə yeni direktor təyin edilib. Səhiyyə Nazirliyindən ONN media -ya verilən məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin 14.01.2020-ci il tarixli əmrinə əsasən Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib. Qeyd edək ki, ötən gün mətbuatda Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalenin işdə yol verdiyi nöqsanlara görə işdən çıxarıldığı barədə məlumat yayılmışdı. Respublika Narkoloji Mərkəzinin keçmiş baş direktoru Sputnik Azərbaycan-a açıqlamasında isə bildirib ki, səhhətindəki problemlərlə əlaqədar olaraq ərizə yazaraq işdən çıxıb: "Həm buradakı fəaliyyətim, həm universitetdə dərs demək gərginliyə səbəb oldu. Hiss edirəm ki, səhhətimin qeydinə qalmalıyam. Səhhət hər şeydən vacibdir. Bu səbəbdən də ərizə yazaraq işdən çıxdım. Müalicə olunmaq, dincəlmək istəyirəm. Çünki son illərdə gərgin iş səhhətimdə problemlərə səbəb oldu. Bu səbəbdən də iş ritmini azaltmaq məcburiyyətindəyəm". Lakin A.Manuçəri səhhətində yaranan problem, xəstəlik haqda danışmayıb. O, haqqında yayılan bəzi məlumatlara da münasibət bildirərək bunların yalan olduğunu deyib.
Nazirliyə yeni təyinat: Şöbə müdiri direktor təyin edildi



Narkoloji Mərkəzin baş direktoru işdən çıxarıldı və...
Direktor vəzifəsindən azad edildi
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Teymur Musayev məşhur direktoru işdən çıxardı
Narkoloji mərkəzə rəhbərlik ona tapşırıldı
Narkoloji dispanserdə müalicə alan kişi bıçaqlandı
Perinatal mərkəzin direktoru işdən çıxarıldı
Prezident hadisə yerinə baş çəkib
“Qarabağ”ın oyununda ölənlərin xatirəsi yad edildi - Foto
Bu instituta yeni təyinat olub
Meyxanaçı yanğından son anda xilas olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 