Ötən il Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri əsas istiqamətlərin hamısında davamlı inkişaf edib. ONN media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 2019-cu ildə fəaliyyətinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında verilən suala cavabda bildirilib. Rusiya XİN-in rəsmi saytında yerləşdirilən cavaba görə, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında “açıq və etimadlı dialoq” da xeyli dərəcədə təkan verib: “2019-cu ildə liderlər arasında üç görüş keçirilib: 26 aprel tarixində Pekində “Kəmər və Yol” forumunda, 3 oktyabr tarixində “Valday forumu”nda, 20 dekabr tarixində Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi zirvə görüşündə. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri baş tutub. (2019-cu ilin 20-25 noyabr tarixləri). Hökumət və parlament səviyyəsində də təmaslar geniş inkişaf edib”. Rusiyanın Azərbaycan üçün başlıca ticarət tərəfdaşlarından biri olduğu qeyd edilən məlumata görə, ötən ilin yanvar – oktyabr aylarında ikitərəfli ticarət dövriyyəsinin 2,5 milyard ABŞ dolları, yəni əvvəlki ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olduğu göstərilir. “Rusiya-Azərbaycan strateji tərəfdaşlığının keyfiyyətcə yeni səviyyəyə çıxmasına yönələn 5 yol xəritəsi uğurla həyata keçirilir. Həmçinin innovasiyaların inkişafı və rəqəmsal iqtisadiyyat sahəsindəki əməkdaşlığa dair əlavə yol xəritəsinin hazırlanmasına aidiyyəti qurumlar tərəfindən başlanılıb. Hazırda Azərbaycanda 950 birgə müəssisə fəaliyyət göstərir. Rusiyanın Azərbaycandakı sərmayələri 4,5 milyard dollar, Azərbaycanın da Rusiyadakı sərmayələri 1,5 milyard dollar təşkil edir. Bakı ilə beynəlxalq platformlarda da səmərəli əməkdaşlığımız var”, - Rusiya XİN-in açıqlamasında bildirilir.(report)
Azərbaycanla yol xəritəsi hazırlanır - Rusiya XİN



İlham Əliyev Putinlə Pekində GÖRÜŞƏCƏK
İlham Əliyev və Vladimir Putin nə vaxt görüşəcəklər? - TARİX AÇIQLANDI
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi
İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə
İlham Əliyev Vladimir Putinə zəng edib
Mehriban Əliyeva Dmitri Medvedevlə görüşdü
İlham Əliyev Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış olub -YENİLƏNİB
İlham Əliyev Putinə zəng etdi
Bakıda Lavrovla nələr müzakirə edildi?
Rusiya ilə əlaqələr strateji xarakter daşıyır – XİN
Putin Əliyevi təbrik etdi
İlham Əliyev Putinə zəng etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 