“Aspirin” ticarət adı ilə tanınan asetilsalisil turşusunun tarixi bir çox təsadüflərdən ibarətdir. Aspirin ağrıları və temperaturu azaltmaq üçün bir vasitə kimi 1897-ci ildən tibdə istifadə olunur. Lakin 20-ci əsrin ortalarında, amerikalı həkim Laurens Kreyven boğazda artıq ətin aradan qaldırılması əməliyyatından sonra asetilsalisil turşusu ilə saqqız tövsiyə etdiyi xəstələrdə tez-tez qanaxma və qan durulması yarandığını görür. Məlum olur ki, xəstələr tövsiyə olunan dozanı dəfələrlə aşıb. Bundan sonra həkim qərara gəlir ki, bu əks təsir - qanı durultması infarkt və insultin qarşısını almaq üçün effektiv üsuldur. Lakin Kreyvenin tapıntıları qəbul edilmir və 1956-cı ildə yayımlanan məqaləyə əhəmiyyət verilmir. Yalnız 20-ci əsrin sonlarında aspirinin profilaktikası məsələsi yenidən tibin gündəminə qaldırılır. Maraqlıdır ki, təxminən 80 ildir asetilsalisil turşusundan istifadə edən həkimlər bunun təsir mexanizmini bilməyib. Yalnız 1971-ci ildə ingilis biokimyaçısı Con Ueynin əməyi sayəsində tanınır. Məlum oldu ki, turşu bədənimizdə xüsusi bioloji aktiv maddələrin - bədənin istiliyinin tənzimlənməsində, iltihab reaksiyalarında və qan laxtalanma sisteminin işində iştirak edən prostaqlandinlərin sintezinə maneə törədir. Odur ki, aspirin belə geniş bir spektrə malikdir. 1982-ci ildə Con Veyn və isveçli həmkarları Sune Berqström və Bengt Samuelson bu kəşf üçün Nobel mükafatına layiq görülür. Asetilsalisil turşusu ilk dəfə 1853-cü ildə fransız alimi Şarl Frederik Gerard tərəfindən sintez edilib. Əsası qədim zamanlardan bəri bilinən söyüd qabığı idi. O dövrün Alman İmperiyasının qanunlarına görə, kimyəvi birləşmələr patentli deyildi, ancaq bənzərsiz ticarət markası qeydə alına bilərdi. Buna görə yeni dərmana “aspirin” adı verilir. Mənası hərarəti azaldan və ya ağrıkəsən dərman deməkdir. Əvvəlcə aspirin toz şəklində satılırdı və yalnız 1904-cü ildən bu yana həb şəklində satışa buraxılmağa başlanır. 1915-ci ildən bu yana aspirin satılır. Aspirin dünyanın ucuz, təsirli və nisbətən zərərsiz olmaqla, ən populyar ağrıkəsici dərmanı hesab olunur. 1952-ci ildə uşaqlar üçün yüngül aspirin növü yaradılır, 1969-cu ildə aspirin tabletləri Apollo astronavtının ilk yardım dəstinə daxil edilir. Bu gün aspirin antipiretik və ağrıkəsici kimi, infarkt və trombozun qarşısını almaq üçün, müəyyən xəstəliklərin kompleks müalicəsində, məsələn, ginekologiyada istifadə olunur. Aspirinin "paxmel" əlamətlərini aradan qaldıran bir vasitə kimi istifadəsi geniş yayılıb.
Dünyanın ən ucuz, təsirli və nisbətən zərərsiz DƏRMANI haqqında BİLMƏDİKLƏRİMİZ NƏLƏRDİR?



Qızdırmanı tez salan ən yaxşı 6 vasitə
Bu dərmanın yarardan çox zərəri var
Aspirin dərmanının xeyirləri nədir?
Bu şəxslərə gilas yemək OLMAZ
Dermatoloqlardan VACİB XƏBƏRDARLIQ
Antibiyotik istifadə edənlərin nəzərinə
Qızdırma üçün ən effektiv üsul
Həkim koronavirusun kişi sağlamlığına ciddi təsirindən danışdı
Halluks valgus xəstəliyi nədir?
Bu məhsulları qəhvə ilə qətiyyən QARIŞDIRMAQ OLMAZ - XƏBƏRDARLIQ
Ürəyi isti havanın təsirindən qoruyan dəmləmə
Həkim kontakt linzaların səbəb ola biləcəyi təhlükələrdən danışdı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 